WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:54, 16 mart 2023 tarixli dəyişiklik
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Cəmi 1.203, yoxlanılmış 1.183 məqalə.

Təqvimin bu günü — 5 mayda

♦ Anadan olanlar (5)  ♦ Vəfat edənlər (0)

Ələfsər Rəhimov

5 may

  • Tanınmış zurna ifaçısı Ələfsər Rəhimov (1930–1984) 5 may 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur.

Şəkil: Ələfsər Rəhimov.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Fərrux Yusifov

Fərrux Yusifov.

Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır. 3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)), sonra isə kapitan hərbi rütbəsinə malik olub. 1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib. Lakin sonra tapılıb və hərbi xidməini davam etdirib...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni materiallar əsasında

Bilirsinizmi?

Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.

Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg

İlqar Mahmudov1.jpg
  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

Məhəmmədhüseyn xan2.jpg
  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

6 mayda anadan olanlar (1) 6 mayda vəfat edənlər (3) Mayda anadan olanlar (69) Mayda vəfat edənlər (38) Şəxslər ad sırası ilə (934) Şəxslər familiya sırası ilə (911) Mənbələr (24) Tarixi materiallar (30) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (143) Dövlət xadimləri (47) Alimlər (273) Hərbçilər (131) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (315) Jurnalistlər (66) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56)

Facebook qrupumuz Facebook səhifəmiz

Məqalə yarat Maliyyə dəstəyi