Fərrux İsmayılov – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 1953 – 1953-cü illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi olmuş, 1966 – 1971-ci illərdə isə Nuxa/Şəki şəhər 19 №-li orta məktəbin direktoru vəzifəsində işləmişdir.

Fərrux İsmayılov
İsmayılov Fərrux Cabbar oğlu
Fərrux İsmayılov.jpg
Fərrux İsmayılov, 1970-ci il
bayraqAzərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibibayraq
1953 — 1955
Sələfi Soltan Əzizov
Xələfi Zəbi Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1913(1913-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 sentyabr 1971 (58 yaşında)
Vəfat yeri Şəki, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Nuxa Pedaqoji Texnikumu (– 1932)

Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (1934 – 1939, 1947)

Bakı Ali Partiya Məktəbi(az) (1947 – 1949)

Ali Partiya Məktəbi(ru) yanında birilllik kurs (Moskva, 1949 – 1950)

Haqqında məlumatlarRedaktə

1913-cü ildə Nuxada, yoxsul ailədə anadan olub.

TəhsiliRedaktə

1932-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb, lakin orduya çağırıldığına görə təhsilini Böyük Vətən müharibəsindən sonra – 1947-ci ildə tamamlayıb.

1947 – 1949-cu ildə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1949 – 1950-ci illərdə Moskva Ali Partiya Məktəbi nəzdində rəhbər partiya işçiləri hazırlayan birillik kursu bitirib.

Əmək fəaliyyətiRedaktə

1932-ci ildə orta məktəb müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1945-ci ildə Azərbaycan KP MK Nuxa Şəhər Komitəsində mühazirəçi,

1949 – 1951-ci illərdə Azərbaycan KP MK-da təlimatçı,

1951 – 1953-cü illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin əvvəl katibi, sonra ikinci katibi,

1953-cü ildə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,

1953 – 1966-cı illərdə əvvəl Nuxa Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra “Bilik” cəmiyyəti Nuxa rayon şöbəsi idarə heyətinin sədri, daha sonra Azərbaycan KP Nuxa Şəhər Komitəsi siyasi maarif kabinetinin müdiri,

1966 – 1971-ci illərdə Nuxa/Şəki şəhər 19 №-li orta məktəbin direktoru vəzifəsində çalışıb.

DigərRedaktə

1939 – 1945-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuş, Böyük Vətən müharibəsi iştirak etmiş, Moskva və Stalinqrad cəbhələrində vuruşmuşdur.

Bir orden və bir neçə medalla təltif olunub.

Həmçinin, bax:Redaktə

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. İsmayılov Fərrux // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 286-287. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. İsmayılov Fərrux Cabbar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 170. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.