Firəngiz Əsgərzadə
Firəngiz Əsgərzadə | |
---|---|
Əsgərzadə Firəngiz Saleh qızı | |
Firəngiz Əsgərzadə, 20 Fevral 2017-ci il. | |
Anadan olub | 24 noyabr 1937 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Atası | Saleh Əsgərzadə |
Anası | Həmidə Əsgərzadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi (–1962) |
Firəngiz Əsgərzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi.
Haqqında məlumatlar
24 noyabr 1937-ci il tarixdə Bakıda – pedaqoq ailəsində, anadan olub.
Təhsili
1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib.
Əmək fəaliyyəti
1963-cü ildən Xəzər Dəniz Neft İstehsalat Birliyində mühəndis,
1992-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində böyük mühəndis (1992-1993-cü illərdə şöbə müdiri) işləyib.
2004-cü ildə başqa ölkəyə yaşamağa getməsi ilə əlaqədar öz xahişi işdən çıxıb.
2015 – 2016-cı illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib.
Ədəbi və digər fəaliyyəti
Altı il Kanadada – orada yaşamaqda olan oğlunun yanında yaşayarkən, ədəbi yaradıcılıqla – tərcümə işi ilə məşğul olub. İlk öncə ABŞ-da yaşayan keçmiş iş yoldaşı E.B.Karaşın Sovet Azərbaycanının neft sənayesinə aid roman və povestlərini (Dəniz, Prokurorla görüş) ruscadan azərbaycancaya çevirib. Sonra Hüseynqulu Sarabskinin “Köhnə Bakı” povestini azərbaycancadan ruscaya tərcümə edib.
2011-ci ildə Kanadadan Bakıya dönüb, bir il sonra – 2012-ci ildə isə ata-baba yurdu olan Şəkiyə köçüb.
Şəkidə yaşayarkən, Şəki Regional Elmi Mərkəzi ilə elmi əməkdaşlıq edib və Elmi Mərkəzə işə götürülüb; Şəki Regional Elmi Mərkəzində elmi fəaliyyətlə, o cümlədən, elmi-texniki, həmçinin bədii ədəbiyyatın tərcüməsi işi ilə məşğul olub.
Tərcümələrindən və məqalələrindən nümunələr (mətn)
Ailəsi
- Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
- Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
- Bacı-qardaşları: Ruhəngiz və Nərgiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
- Övladları: Mehriban Abdullayeva, 1960-cı il təvəllüdlüdür, memardır. Mais Abdullayev, 1964-cü il təvəllüdlüdür, mühəndis-geofizik. Hal-hazırda hər ikisi Kanadada yaşamaqdadırlar.
- Nəvə-nəticələri: üç nəvəsi, bir nəticəsi var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |