Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Gülüstan (poema)

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:03, 22 oktyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
“Gülüstan” poeması; Nuxa fəhləsi, 23 oktyabr 1960-cı il, № 127 (1941); redaksiya adından qeyd olunub ki, Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir.

“Gülüstan” poemasıBəxtiyar Vahabzadənin 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada (indiki Şəkidə) qələmə aldığı poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127/1941-ci sayında və 26 oktyabr tarixli 128/1942-ci sayında, Gülüstan müqaviləsinin ildönümümü münasibəti ilə (müqavilə 24 oktyabr 1813-cü il tarixdə imzalanmışdı) dərc olunub; “Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə ithaf edildiyi göstərilib”; həmçinin, redaksiya adından qeyd olunub ki,

" Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəzetində dərc edilir. "

İkinci hissənin sonunda poemanın 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada qələmə alındığı göstərilib.

Soldan, ayaq üstə: Salis Məmmədov, Nizami Nəbiyev; oturan yerdə: Bəxtiyar Vahabzadə, Əbdürrəhman Əbdürəhmanov... Foto: M. Salis; 1960, Nuxa.

Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov öz xatirələrində qeyd etmişdir ki, o, 1960-cı ildə “Nuxa fəhləsi” qəzetinin əməkdaşı idi və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı; Bakıda Bəxtiyar Vahabzadə ona “Nuxa fəhləsi” qəzetində çap olunması üçün “Gülüstan” poemasının əlyazmasını verib. O da Nuxaya qayıdanda əlyazmanı “Nuxa fəhləsi”nin redaktoru Məhyəddin Abbasova təqdim edib. Poema problemsiz qəzetdə çap olunub. Amma üstündən bir müddət keçəndən sonra, Bəxtiyar Vahabzadə Bakıda Salis Məmmədova deyib ki, tələbələr kütləvi şəkildə poemanın mətnini əlyazma, yaxud makina çapı şəklində öz aralarına yayırlar və buna görə də ona yuxarıdan təzyiqlər başlayıb. Poemanın yayılmasının dayandırılmasını xahiş edib.