Hacı Tuti ağa

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:50, 9 may 2022 tarixli dəyişiklik

Tuti ağa (–) —

Tuti ağa
Tuti aga.jpg
Tuti ağanın Şəki Xan qəbiristanlığındakı qəbrinin üzərindəki baş daşı, 2009-cu il.
Şəxsi məlumatlar
Vəfat yeri Suram çaparxanası, Flag of Russia.svg Rusiya İmperiyası (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Flag of Georgia.svg Gürcüstan)
Həyat yoldaşları İsmayıl xan Xoyski, Kərim ağa Şəkixanov
Uşaqları Səkinə bəyim və Səadət bəyim

Haqqında məlumatlar

Təhsili

Elmi fəaliyyəti

Vəfatı

 
 
Maran (indiki Marani(ru))
 
Suram
çaparxanası
(indiki Surami(ru))
şəhər tipli qəsəbəsi
 
Tiflis (indiki Tbilisi)
Tuti ağanın vəfatı ilə bağlı olaraq adı çəkilən yerlər müasir Gürcüstan xəritəsində.

23 noyabr 1859-cu il tarixdə (hicri 27 rəbiülaxır 1276-cı il) Maran (indiki Marani(ru)) ilə Tiflis (indiki Tbilisi) arasındakı Suram çaparxanasında (indiki Surami(ru) şəhər tipli qəsəbəsi) vəfat etmişdir. Nəşi üç günə Tiflisə, oradan isə dörd günə Nuxaya (indiki Şəki) gətirilmiş, 30 noyabr 1859-cu il tarixdə (hicri 5 cəmadiyələvvəl 1276-cı il), çərşənbə axşamı günü Xan məscidinin qabağındakı Xan qəbiristanlığında, atasının qəbrinin yanında dəfn olunmuşdur[1].

Ailəsi

Atası: Məhəmmədhəsən xan (≈1760–1831), 1783–1795 və 1797–1805-ci illərdə Şəki xanı olmuşdur. Anası: Xeyrənnisə xanım[2].

Birnci əri: İsmayıl xan (?–1819), 1814–1819-cu illərdə Şəki xanı olmuşdur. Tuti ağa ilə İsmayıl kəbini 15 iyun 1814-cü il tarixdə Xan məscidində kəsilmişdir[3], bu nikahdan Səadət bəyim (1819–1892) və Səkinə bəyim (1815-1818-ci illər arasında — ?) adlı iki qızları doğulub. Səadət bəyim İsgəndər xan Xoyskiyə ərə gedib. Səkinə bəyim isə 21 mart 1869-cu il tarixdə özündən 20 yaş kiçik Zaman bəy Şeyxəlibəyov ilə[qeyd 1], 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla ailə qurub[4].

İkinci əri: Kərim ağa Şəkixanov (1788–1858), Tuti ağanın əmisi oğlu idi, evlilikləri davamlı olmamış, uşaqları da olmamışdır[5].

Qeydlər

  1. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named Q6
Sitat səhvi: <references> daxilindəki "Q1" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur

İstinadlar

Ədəbiyyat

  1. Tahirzadə Ə.Ş. Maddeyi-tarixlər // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı:  256. — Səh.: 223. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
    Tahirzadə Ə.Ş. Kərin ağa Fatehin tərcümeyi-halı (Mustafa ağa Şuxi) // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı:  256. — Səh.: 91. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
  2. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 31.
  3. Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz (azərb.) // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 4 iyun. — № 41 (1818). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 iyun 2021.