Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov | |
---|---|
Əbdülhəlimov Hikmət Əhməd oğlu | |
Hikmət Əbdülhəlimov. | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | dövlət qulluqçusu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | politoloq |
Təhsili | Bakı Ali Partiya Məktəbi |
Mükafatları | |
facebook səhifəsi |
Hikmət Əbdülhəlimov — ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sovet dövründə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və digər bir sıra məsul partiya və dövlət vəzifələrində çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
17 iyul 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhlə işləyib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi,
1969 – 2014-cü illərdə, müxtəlif vaxtlarda, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifəsində çalışıb.
İctimai fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.
Ədəbi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1987 – 2020 illər ərzində 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” – İV kitab və “Şəki folkloru” toplusu – I cildin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. “Ünsiyyət körpüsü”, “Qəhrəman ana, qayğıkeş qadın”, “Əbədiyyətə qovuşan insan” kitabları da onun tərtibatında və ön sözü ilə işıq üzü görüb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf Nişanı” ordeni (1974);
- “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı;
- Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Yaddaş” mükafatı (2003);
- “Şöhrət” ordeni (2011)[1].
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az (azərb.). president.az. 02 dekabr 2011, 14:37. 5 Dec 2011 - 8 Nov 2017 tarixində arxivləşdirilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əbdülhəlimov Hikmət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 108-109. — 1.000 nüsx.
- AZƏRBAYCAN FOLKLORU ANTOLOGИYASI (XVIII kitab ŞƏKИ FOLKLORU) / Toplayanı, tərtib edəni, söyləyicilər, toplayıcılar, qaynaqlar haqqında məlumatın, qeyd və şərhlərin müəllifi: Hikmət Əbdülhəlimov. — Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. — Bakı, 2008. — Səhifələrin sayı: 536. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 Sep 2018 - 24 Nov 2019.
- "Hikmət Əbdülhəlimov-70". http://www.anl.az/ (azərb.). “Ədəbiyyat” qəzeti. 17 iyul 2009. 21 oktyabr 2020-cı il tarixində arxivləşdirilib.
- "Bu gün Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür". az.baku-art.com (azərb.). az.baku-art.com. 7/07/2019 08:36. 1 avqist 2019-cu il tarixində arxivləşdirilib.
- Orsər R. Hikmət Əbdülhəlimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 418-422. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 17 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə