Məhyəddin Abbasov
Məhyəddin Abbasov | |
---|---|
Abbasov Məhyəddin Paşa oğlu | |
Məhyəddin Abbasov. | |
Anadan olub | 15 fevral 1910[1] |
Anadan olduğu yer | Dodu, Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 28 dekabr 1974 (64 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov |
Vətəndaşlıq | SSRİ |
İxtisası | pedaqoq |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu (1927–) |
Mükafatları |
Məhyəddin Abbasov (1910–1974) — tanınmış jurnalist, pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, “Şəki fəhləsi” qəzetinin sabiq redaktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 fevral 1910-cu il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Dodu hissəsində[1] – 18-ci rayonda, fəhlə ailəsində anadan olub.
Kiçik yaşlarından valideynlərini itirib.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxadakı 1 №-li fabrikdə baramaaçan peşəsində əmək fəaliyyətinə başlayıb.
1928-ci ildən “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışıb.
1931-ci ildən, əvvəl Nuxadakı müxtəlif orta məktəblərində, sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyib.
1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri,
1945-ci ildən 1974-cü ilin 28 aprel tarixinədək redaktoru olub.
İkinci iş yeri[Vizual/Mobil redaktə | HTML redaktə]
1974-cü ilədək Şəki şəhər Maksim Qorki adına 10 №-li orta məktəbdə fizika fənnindən dərs deyib.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
8 yanvar 1939-cu il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib[2]. Böyük Vətən müharibəsi iştirakçısıdır. Hərbi xidmətinin sonunda leytenant hərbi rütbəsini daşıyırdı.
17 iyun 1944-cü il tarixdə mərmi qəlpəsi ilə ağır yaralanıb (sol qolunu itirib).
2 noyabr 1944-cü il tarixdə ordudan tərxis edilib[2].
1968-ci ildə baş leytenant hərbi rütbəsinə malik idi[3].
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Məqalə, oçerk, felyeton və məktubları yerli və respublika mətbuatında «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə dərc olunub.
Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.
1948 — 1973-cü illərdə 13 çağırış rayon, yaxud şəhər sovetinin deputatı seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “İgidliyə görə” medalı – (30.05.1951)[4];
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (12.06.1968)[3];
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı – Respublika mətbuatı sahəsində xidmətlərinə görə və “Şəki fəhləsi” qəzetinin 50 iliyi ilə əlaqədar olaraq (29.11.1971)
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
28 dekabr 1974-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.
Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 Память народа-1.
- ↑ 2,0 2,1 Память народа-2.
- ↑ 3,0 3,1 Память народа-4.
- ↑ Память народа-3.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Аббасов Мехяддин Баша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.
- Абасов Мехядин Паша : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022. — Sitat: «17 Jan 2022».
- Аббасов Мехядин Паша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.
- Аббасов Мехядин Паша-оглы : [arx. 17.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.01.2022.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məhyəddin Paşa oğlu Abbasov (nekroloq) // Ənvər Mikayılzadə (redaktor) Şəki fəhləsi : qəzet. — Nuxa: Şəki mətbəəsi, 1974. — В. 31 dekabr. — № 154 (8.194). — Səh. 4.
- Abbasov E. Atam Məhyəddin Abbasovu düşünərkən (azərb.) // İpəkçi : qəzet / Aydın Məmmədov. — Şəki: “Azərbaycan” nəşriyyatı, 7 mart 2013-cü il. — № 1 (2287). — Səh. 4.
- Orsər R. Məhyəddin Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 221-223. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1910-cu ildə doğulanlar
- 15 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 28 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1974-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə