Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmməd Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:46, 26 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Rəşidov
Rəşidov Məmməd İsmayıl oğlu
Məmməd Rəşidov
Məmməd Rəşidov, 1951-ci il
Doğum tarixi 27 yanvar 1916(1916-01-27)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 dekabr 1988 (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri Azərbaycan Pedaqoji İnstitutu
Elmi adı dosent
Təhsili
Mükafatları II dərəcəli "Vətən Müharibəsi" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni"İgidliyə görə" medalı"Əmək veteranı" medalı

Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d. 27 yanvar 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö.  29 dekabr 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – alim-pedaqoq, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının dosenti (1973 – 1988).

Haqqında məlumatlar

27 yanvar 1916-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.

1937-ci ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

1946 – 1949-cu illərdə Bakıda aspiranturda oxusa da, 1949-cu ildə aspirant təhsili verən daha nüfuzlu təhsil müəssisəsinə qəbul olunduğuna görə Bakıdakı aspirant təhsilini yarımçıq buraxıb.

1949 – 1952-ci illərdə Moskvada – Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.

Hərbi xidmətdə

1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.

1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.

Əmək fəaliyyəti

1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində işləyib.

1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb,

1973-cü ildən ömrünün sonuna qədər – 1988-ci ilə qədər, elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.

Elmi fəaliyyəti

1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.

Mükafatları

Ailəsi

Həyat yoldaşı: Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921 – 19 mart 2003).

Evladları:

  • Rəna Rəşidova (1939 – 2019);
  • Rəşad Rəşidov (14 avqist 1946) – 1960-cı ildə Bakı Energetika texnikumuna daxil olub. Hərbi xidmət borcunu yerinə yetirdikdən sobra 1969 – 1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. 1979 – 1981-ci illərdə Şəkidə peşə məktəbinin müdiri olub. 1981 – 1985-ci illərdə Şəki Xalq Nəzarəti şöbəsində inspektor işləyib. 1991-ci ildən Şəki şəhərindəki 91 saylı peşə məktəbininin direktoru vəzifəsində işləməyə başlayıb. 2020-ci il üçün Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşıdır.
  • Şəmsa Rəşidova
  • Namiq Rəşidov
  • Mübariz Rəşidov (1951), elmlər namizədidir və Hərbi Akadenmiyanın proffessordur.
  • Səadət Zeynalova
  • Afaq Rəşidova
  • Azər Rəşidov

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə