Məmmədsani Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Məmmədsani Məmmədov
Məmmədov Məmmədsani Mustafa oğlu
Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov, 1970-ci il.
Doğum tarixi 1 may 1905(1905-05-01)
Doğum yeri Ağdaş, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 5 dekabr 1984 (79 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Səkinə Məmmədova
Uşaqları Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə
Təhsili

 • Mərkəzi Sovet Partiya Məktəbi (1922–1924)

 • Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924–1928)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975"Əmək veteranı" medalı

Məmmədsani Məmmədov (1905–1984) — “Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri və “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist. Həm də 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1913 – 1918-ci illərdə ibtidai məktəbdə (Ağdaş),

1918 – 1921-ci illərdə II dərəcəli məktəbdə (cəmi 3 sinif, Ağdaş),

1922 – 1924-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),

1924 – 1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.

Əmək və digər fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,

iyul — oktyabr 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində tarix müəllimi və direktor,

noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Şəki fəhləsi” qəzetinin redaktoru[qeyd 1],

mart — iyul 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,

iyul — dekabr 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,

yanvar — aprel 1936-cı il tarixləri arasında kurs direktoru,

aprel — dekabr 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdindəki tədris-kurs kombinatının direktoru,

dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,

avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,

avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) sahə müxbiri (rus.: разъездной корреспондент),

mart — iyun 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru vəzifəsində çalışıb.

23 iyun 1941-ci il tarixdə orduya çağırılıb.

İyun — oktyabr 1941-ci il tarixləri arasında sovet ordusunun İranda yerləşmiş 20-ci diviziyasında tərcüməçi,

oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.

1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,

iyun — dekabr 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.

Oktyabr, 1943-cü il — dekabr, 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəsinin rəisi,

may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi (Şəki-Zaqatala zonası üzrə) müxbiri,

mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,

dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi (Şəki-Zaqatala zonası üzrə) müxbiri vəzifəsində çalışıb.

Təqaüddə[Vizual redaktə | HTML redaktə]

1975-ci ildə təqaüdə çıxıb.

1984-cü ildən respublika əhəmiyyətli pensiya alıb.

İctimai-siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1920-ci ildən komsomol sıralarına qatılıb.

1932-ci ildən kommunist partiyasının üzvü olub.

1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,

1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,

1939 və 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Qeydlər[Vizual redaktə | HTML redaktə]

  1. Həmin illərdə baş redaktor vəzifəsi “sədr mühərrir” adlanırdı, lakin qəzetdə sədr mühərririn adı əvəzinə bir qayda olaraq yalnız məsul redaktorun adı göstərilirdi ki, bu da qəza, mahal, rayon, yaxud şəhər partiya komitəsinin məsul katibi idi (OTÖ, 2006, s. 373).

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Zəhmətkeş deputatlarının Nuxa şəhər sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
  2. Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sesiyası // Nuxa fəhləsi : qəzet. — 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
  3. Мамедов Мамедсани Мустафа оглы (Личний листок по учету кадров).
  4. Məmmədsani Mustafa oğlu Nəbiyev (nekroloq) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Nizami Nəbiyev. — Şəki: Şəki mətbəəsi, 1984. —8 dekabr  c. — № 146 (9734). — Səh. 4.
  5. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 373-374. — 500 nüsx.
  6. Şükürov R., Orsər R. Bizim direktorlar // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 103. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  7. Мамедов Мамед Саин Мустафаевич : [arx. 16.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.07.2021.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Nuxa poçta rəisinin macərası