Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nəsib Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nəsib Əbdürrəhmanov
Əbdürrəhmanov Nəsib Yusif oğlu
Nəsib Əbdürrəhmanov
Nəsib Əbdürrəhmanov.
Digər adları Nəsib Abdurrahmanov, Nəsib Abdurəhmanov, Nəsib doktor
Doğum tarixi 24 oktyabr 1913(1913-10-24)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 sentyabr 1976 (62 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi ürək xəstəliyi
Həyat yoldaşı Səadət Abidova
Uşaqları Yusif, İradə və Sədaqət
Təhsili Azərbaycan Tibb İnstitutu (1934–1939)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adıSəhiyyə əlaçısı (SSRİ)
"Qırmızı Ulduz" ordeni — 1944"Döyüş xidmətlərinə görə" medalı — 1943 “Moskvanın müdafiəsinə görə” medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Köniqsberqin alınmasına görə" medalı — 1945

Nəsib Əbdürrəhmanov (1913–1976) — Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Xəstəxanasının baş həkiminin müavini.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 oktyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1916-cı ildə atası,

1917-ci ildə anası vəfat edib. Bundan sonra əmisi oğlunun himayəsində böyüyüb.

Təhsili[redaktə | HTML redaktə]

1932 – 1934-cü illərdə fəhlə fakültəsində,

1934 – 1939-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1939-cu ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib və bir neçə dəfə yaralanıb.

1943-cü ildə 3-cü dərəcəli hərbçi-həkim,

1944-cü ildən isə tibb xidməti kapitanı hərbi rütbəsinə malik idi. Müharibə dövründə bir orden və bir neçə medalla təltif olunub.

28 dekabr 1945-ci il tarixdə ordudan tərxis edilib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

On yaşında çəkməçi yanında şagird durub.

1926 – 1928-ci illərdə ipək fabrikində fəhlə işləyib. Sonra bənnalıq kursunu bitirib və bənnalıq etməyə başlayıb.

1939-cu ildə qısa müddət əvvəl Nuxa şəhər poliklinikasında, sonra isə Nuxa rayonunun Baş Göynük kəndindəki sahə xəstəxanasında həkim,

1946-cı ildən Nuxa rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri,

1950 – 1955-ci illərdə rayon Nuxa şəhər səhiyyə şöbəsinin müdiri,

1955-ci ildən ömrünün sonuna qədər Nuxa/Şəki şəhər mərkəzi xəstəxanasında baş həkiminin müavini vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

IV (1953), V (1955), VI (1957), VII (1959), VIII (1961) və IX (1963) çağırış Nuxa şəhər Sovetinin deputatı olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

23 sentyabr 1976-cı il tarixdə – 62 yaşında, Şəkidə ürək tutmasından vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

Həyat yoldaşı Səadət Abidova uzun illər Şəki mərkəzi xəstəxanasında laboratoriya müdiri olub. Oğlu Yusif həmin xəstəxanada cərrah, bir qızı İradə ginekoloq, digər qızı Sədaqət isə Bakıdakı xəstəxanalardan birində terapevt işləyib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Абдурахманов Насиб Юсупович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
  2. Абдурахманов Насиб Юсубович : [arx. 28.01.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 28.01.2023.
  3. FƏXRİ FƏRMANLA TƏLTİF EDİLMİŞLƏR = ФӘХРИ ФӘРМАНЛА ТӘЛТИФ ЕДИЛМИШЛӘР // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 7 noyabr. — № 132 (429). — Səh. 3.
  4. Mete Ə. Karvan yol gedir // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 344-345. — 500 nüsx.
  5. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Nəsib // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 33-34. — 600 nüsx. — ISBN 5-8066-1708-4.