Qaqik
Qaqik | |||||
---|---|---|---|---|---|
|
|||||
Sələfi | Böyük Kvirike | ||||
Xələfi | I Axsartan | ||||
Varisi | I Axsartan | ||||
Vəfat tarixi | 1058[1] | ||||
Dini | xristian | ||||
Atası | David | ||||
Anası | Zolakertel | ||||
Uşağı | I Axsartan |
Qaqik (gürc. გაგიკი), yaxud Qaki[1] (?–+1046) — Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1037/1038-ci, sonuncu dəfə isə 1046-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qaqikin hakimiyyətə gəldiyini göstərir[1]. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Vaxuşti Baqrationiyə görə Qaqik 1058-ci ilə qədər – ömrünün sonuna qədər hakimiyyətdə olmuşdur[1].
Haqqında məlumatlar
Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qaqik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi[4].
Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə “Kartli salnaməsi”nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın(ru) (1027—1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qaqikin “kaxetilərin və heretilərin” ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir. Mikel və Qabriel dağında baş vermiş toqquşmada IV Baqrat qalib gəlir, Tianetiyə qədər irəliləyir, burada Böyük Kvirikenin tikdirdiyi məşhur Bodoci sarayını yandırır. Lakin öz ölkəsində Kldekari eristavı Liparitin (1021—1059) qiyamından ehtiyatlanaraq geri dönməyə məcbur olur[5]. Bundan sonra IV Baqrat Liparita qarşı illərlə mübarizə aparmış, Qaqik isə canlı qüvvə sarıdan Liparita köməyini əsirgəməmişdir.
1046-cı ildə Tiflis əmiri Cəfər ibn Əlinin ölümündən sonra sağsahil Tiflis əhalisi şəhərin bu hissəsini IV Baqrata döyüşsüz təslim etdi. Sol sahildəki İsani qalası müdafiəçiləri isə Kür çayı üzərindəki körpünü dağıdaraq IV Baqratı şəhərin bu hissəsinə buraxmadılar. Bu zaman Qaqik İsani qalasının müdafiəçilərinin köməyinə gəldi və IV Baqratla danışıqlara gedərək qalanın onun əlinə keçməsinə imkan vermədi[6].
Müasir tədqiqatçılardan Şirinbəy Hacıəli hesab edir ki:
Böyük Kvirikenin çarlığı dövründə olduğu kimi, onun varisi çar Qağikin hakimiyyəti zamanı da Şəki (Hereti-Kaxeti) çarlığı regionda qüdrətli dövlətlərdən biri olaraq qalırd[7]. Qağik hakimiyyətinin sonunadək (1058-ci il) ölkəsinin istiqlaliyyətini və qüdrətini qoruyub saxlaya bildi[8]. |
İstinadlar
- ↑ 1,0 1,1 1,2 1,3 1,4 Вахушти Багратиони., 1976.
- ↑ Мусхелишвили Д. Л., 1982, p. 41.
- ↑ Мкртумян Г., 1981, p. 101.
- ↑ Мкртумян Г., 1981, p. 96.
- ↑ Картлис Цховреба, 2008, p. 154, 155.
- ↑ Əliyev Ş. H., 2007, p. 106.
- ↑ Əliyev Ş. H., 2007, p. 108.
- ↑ Əliyev Ş. H., 2007, p. 107.
Ədəbiyyat
- Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
- Вахушти Багратиони. История царства Грузинского / Перевел, снабдил предисловием, словарями и указателем Н. Т. Накашидзе. — Тбилиси: Мецниереба, 1976.
- Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
- Ахмед ибн Лютфуллах (Мунадджим-Баши) "Джами ад-Дувал"; Ибн ал-Азрака ал-Фарики из "Истории Майяфарикина" (rus.) // Перевод с арабского Мамедова А. Дж. Труды института истории. — Баку, 1957.
- Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.
- Минорский В. Ф. История Ширвана и Дербенда X-XI веков. — М.: Издательство восточной литературы, 1963. — 296 с.
- Мкртумян Г. Царство Кахети-Эрети и армяно-грузинские отношения (XI в.—начало XII в.). (rus.) // Լրաբեր Հասարակական Գիտությունների : Ист.-филол. журн.. — Bakı, 1981. — С. 95-105. — ISSN 0320-8117.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |