Saat Əzizov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Saat Əzizov
Əzizov Saat Məcid oğlu
Saat Əzizov
Saat Əzizov.
Doğum tarixi 15 may 1929(1929-05-15)
Doğum yeri Böyük Dəhnə, Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 may 2000 (70 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Uşaqları Arifə, Gülarə, Məcid və Eldar.
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1950–1955)

 • Bakı Ali Partiya Məktəbi (1971–1973)

Saat Əzizov (1929–2000) — sovet dövründə Şəkidə bir sıra məsul vəzifələrdə işləmiş şəxs. Müxtəlif illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri, Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini və digər vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

15 may 1929-cu ildə Zaqatala-Şəki mahalının Böyük Dəhnə kəndində (hal-hazırda Şəki rayonundadır) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1946-cı ildə Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində,

1971 – 1973-cü illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1951 – 1957-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında fotoqraf, ədəbi işçi, şöbə müdiri,

1957-ci ildən Nuxa rayon komsomol komitəsinin birinci katibi,

1961-ci ilin may ayından Nuxa şəhər sovetinin sədri,

16 yanvar 1963-cü il tarixdən 1965-ci ilin yanvar ayının ortalarınadək Nuxa şəhər soveti sədrinin müavini,

1965-ci ilin yanvar ayının ortalarından sonra yenidən Nuxa şəhər sovetinin sədri,

1972 – 1976-cı illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədri,

1976 – 1983-cü illərdə Şəki rayon mədəniyyət şöbəsində inspektor, Şəki şəhər mədəniyyət şöbəsinin direktor əvəzi,

1983 – 1998-ci illərdə Kənd Təsərrüfatı Peşə məktəbinin (məktəb əvvəl Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsində, sonra isə Cəfərabad kəndində yerləşmişdir) direktoru vəzifəsində çalışıb.

1998-ci ildən əmək təqaüdünə çıxıb.

İctimai-siyasi fəaliyyətri[Vizual redaktə | HTML redaktə]

Dəfələrlə və ardıcıl olaraq Nuxa/Şəki rayon və şəhər xalq deputatları sovetlərinin deputatı seçilib.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

İki qız və iki oğul atası olub.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]