Tural Adışirin
Tural Adışirin | |
---|---|
Adışirin Tural Kamil oğlu | |
Tural Adışirin. | |
Doğum tarixi | 26 fevral 1990 |
Doğum yeri | Oxud, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işçi) |
Təhsili |
• Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, bakalavriat (2007–2011) • Lənkəran Dövlət Universiteti, filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, magistratura (2017–2019) |
Atası | Kamil Adışirinov |
Tural Adışirin — şair, publisist və ədəbiyyatşünas, “Manera.az” ədəbi-mədəni saytının redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi.
Haqqında məlumatlar
26 fevral 1990-cu il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1997 – ci ildə Oxud kənd səkkizillik məktəbində,
1997 – 1999-cu illərdə Qoxmuq kənd tam orta məktəbində,
2000 – 2007-ci illərdə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbində,
2007 – 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin bakalavriatnda,
2017 – 2019-cu illərdə Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin magistraturasında təhsil alıb.
Əmək fəaliyyəti
2011 – 2014-cü illərdə Oğuz rayon Malıx kənd ümumi orta məktəbində,
2014 – 2017-ci illərdə isə Şəki rayon Suçma kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1 iyun 2019-cu il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisidir.
Elmi fəaliyyəti
8 elmi məqalənin müəllifidir.
5-i beynəlxalq, 3-ü isə respublika əhəmiyyətli olmaqla 8 elmi konfransda iştirak edib.
Ədəbi-bədii yaradıcılığı
Şeirləri Azərbaycanın (“Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” qəzetləri və “Ulduz” jurnalı), İranın (“Sancaq” qəzeti (Təbriz)), Türkiyənin (“Antalya Sanat Dergisi” (Antalya)) və Özbəkistanın (“Kitab dünyası” qəzeti) ədəbi dövri-mətbuatında, Qazaxıstanda çap edilmiş “Yeni zaman Azərbaycan şeir antologiyası”nın II cildində, Azərbaycanda çap edilmiş “Şəkidən gələn səslər” toplusunun I cildində və hələ çap olunmamış “Oxud məktəbinin maarif pərvanələri” ensiklopedik toplusunda dərc olunub.
Ədəbiyyat
- Orsər R. Tural Adışirin // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 832-836. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Adışirinov K. TURAL KAMİL oğlu ADIŞİRİNOV // Oxud məktəbinin maarif pərvanələri.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış jurnalistlər
- 26 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 1990-cı ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr