Zəkəriyyə Əlizadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Zəkəriyyə Əlizadə
Əlizadə Zəkəriyyə Mabud oğlu
Zəkəriyyə Əlizadə
Zəkəriyyə Əlizadə.
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 noyabr 2016 (80 yaşında)
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi geologiya
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (aparıcı elmi işçi)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili

 • Azərbaycan Sənaye İnstitutu, geoloji kəşfiyyat fakültəsi (1953–1958)

 • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1962–1964)
Mükafatları "Tərəqqi" medalı

Zəkəriyyə Əlizadə (1936–2016) — geologiya-mineralogiya elmləri doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi. Uzun müddət həmin mərkəzin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

2 fevral 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1953-cü ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində,

1962 – 1964-cü illərdə isə Azərbaycan SSR EA Geologiya İnstitutun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1958-ci ildə Artyom neft mədənləri idarəsində operator,

1959 – 1972-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl baş laborant, sonra kiçik elmi işçi, 1970-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışıb.

1972 – 1995-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Şəki zona elmi bazasının,

1995 – 2014-cü illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru olub.

2014 – 2016-cı illərdə əmək fəaliyyətini Azərbaycan MEA Şəki Regional Elmi Mərkəzində aparıcı elmi işçi kimi davam etdirib.

Pedaqoji fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1993 – 1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında diyarşünaslığın əsasları və təbiətşünaslıq fənnindən dərs deyib.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1966-cı ildə namizədlik dissertasiyasını,

1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Elmi tədqiqatlarının sahəsi çökmə süxurların geokimyası ilə əlaqədardır. 80-dәn çox elmi məqalənin, o cümlədən 8 kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. 8 aspirant və dissertantın elmi işinə rəhbərlik edib.

İctimai-siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Müxtəlif illərdə üç dəfə Şəki şəhər və Şəki rayon sovetinə deputat seçilib.

Mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

23 noyabr 2016-cı il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əlizadə Zəkəriyyə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 127-128. — 1.000 nüsx.
  2. "Azərbaycan elminə ağır itki üz verib". http://www.science.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 25.11.2016. 1 May 2017 - 2 Jul 2017 tarixində arxivləşdirilib.
  3. ƏLİZADƏ Zәkәriyyә Mәbud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 398. — ISBN 978-9952-441-13-0.