"Mikayıl Cəbrayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 58: | Sətir 58: | ||
12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub. | 12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub. | ||
− | Şəki rayonunun Oxud kəndində dəfn edilib. | + | [[Şəki rayonu|Şəki rayonunun]] [[Oxud|Oxud kəndində]] dəfn edilib. |
===Ailəsi=== | ===Ailəsi=== |
17:39, 14 dekabr 2021 versiyası
Mikayıl Cəbrayılov | |
---|---|
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu | |
Mikayıl Cəbrayılov. | |
Doğum tarixi | 27 aprel 1952 |
Doğum yeri | Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 15 dekabr 1990 (38 yaşında) |
Vəfat yeri | Xocalı rayonu, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Oxud, Şəki rayonu, Azərbaycan, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Atası | Əhmədiyyə Cəbrayılov |
Anası | Sürayyə Cəbrayılova |
Təhsili | Milis Məktəbi (1976–1978) |
Hərbi fəaliyyəti | |
Rütbə |
milis baş leytenantı |
Təltifləri |
|
Commonsda da Mikayıl Cəbrayılov ilə əlaqəli mediafayllar var |
Mikayıl Cəbrayılov (1952–1990) — Birinci Qarabağ müharibəsi şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğludur.
Haqqında məlumatlar
27 aprel 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.
1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.
1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.
Əmək fəaliyyəti
1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.
1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.
1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.
Vəfatı
12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.
Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Ailəsi
Ailəli idi. Bir övladı var.
Təltifləri
Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Xatirəsi
Şəki şəhərində bir küçəyə adı verilib.
Həlak olduğu kənd onun adını daşıyır.
Ədəbiyyat
- Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ağlama, anam, ağlama! // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 9-13. — (Ş 4702060206–001/h 062–98).;
- Vüqar Əsgərov Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı: 250. — Səh.: 25. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2019.;
- Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 241. — ISBN 978-9952-441-10-9..
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən olan I Qarabağ müharibəsi şəhidləri
- 1952-ci ildə doğulanlar
- 27 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 15 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Azərbaycanın milli qəhrəmanları
- "Qırmızı Ulduz" ordeni laureatları
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki qartalları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə