Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 22: Sətir 22:

Şəkil:Əbdürrəşid_Əfəndizadə.JPG|[[Əbdürrəşid Əfəndizadə]]
(?–1951)

Şəkil:Əbdürrəşid_Əfəndizadə.JPG|[[Əbdürrəşid Əfəndizadə]]
(?–1951)

Şəkil:Mirhəsən_Axundov.jpg|[[Mirhəsən Axundov]]
(1893–1988)

Şəkil:Mirhəsən_Axundov.jpg|[[Mirhəsən Axundov]]
(1893–1988)
Şəkil:Rəcəb Əfəndizadə3.JPG |Rəcəb Əfəndizadə
(1893–1956)

Şəkil:Rəcəb Əfəndizadə3.JPG |[[Rəcəb Əfəndizadə]]
(1893–1956)

Şəkil:Ələkbər Mahmudov.jpg|[[Ələkbər Mahmudov]]
(?–+1924)

Şəkil:Ələkbər Mahmudov.jpg|[[Ələkbər Mahmudov]]
(?–+1924)

</gallery>

</gallery>

10:25, 28 may 2023 versiyası

Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin ikinci onilliyinin son illərində və üçüncü onilliyinin əvvəllərində Nuxa qəzasında fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.

Haqqında məlumat

1 aprel 1917-ci il tarixdə Nuxada (indiki Şəki) bir qrup gənc ziyalı tərəfindən təsis edilmişdir. 18 nəfər fəxri və 76 nəfər həqiqi üzvü vardı.

İdarə heyəti

1. Nurməhəmməd əfəndi İmamzadə, fəxri sədr;
2. Abdulla Əbdülrəhmanzadə, sədrin müavini və xəzinədar;
3. Veysəl Mustafazadə, katib;
4. Əbdürrəşid Əfəndizadə;
5. Zahid İbrahimxəlilzadə
6. Əsgər Ağaməhəmmədzadə
7. Mirhəsən Axundzadə
8. Rəcəb Əfəndizadə

İki illik fəaliyyəti

Nuxada üçaylıq müəllimlik kursu təşkil olunub. Bu kursda təhsil alan tələbələrdən ehtiyacı olanlara qalmağa yer, ərzaq və aylıq maaş verilib. Nuxa qəzasının müxtəlif kəndlərində əhalinin köməyi ilə 25 ibtidai məktəb açılıb və müəllimlik kursunu bitirmiş tələbələrdən bir çoxu həmin məktəblərdə dərs deməyə göndərilib. Vaxtilə, Nuxanın ən yaxşı məktəblərindən biri olmuş İkinci Cümə məscidində yerləşən Vətən məktəbinin fəaliyyəti bərpa olunub və dağılışmış 200-dək şagirdi yenidən təhsilə cəlb edilib. Nuxanın Yuxarıbaş məhəlləsində qız uşaqlarının təhsil alması üçün məktəb açılıb. 2 il ərzində bu məktəblərin fəaliyyəti maliyyələşdirilib.

Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin yaradılmasında əsas rolu olmuş bəzi şəxslər

Ədəbiyyat

1. Əhmədov H., Əfəndiyev S. Yubilyar məktəb və Şəki xalq maarifi inqilablar dövründə // 150 yaşlı Şəki məktəbi = 150 јашлы Шәки мәктәби. — Bakı: Maarif, 1983. — Səhifələrin sayı:  95. — Səh.: 53-56. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.
2. Həbibulla M. Şəki üsyanları. — Bakı, 200?. — Səh.: 66-69. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.