"Rəcəb Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Adı = Rəcəb Əfəndizadə | |Adı = Rəcəb Əfəndizadə | ||
|Tam adı = ''Əfəndiyev Rəcəb Əsədulla oğlu'' | |Tam adı = ''Əfəndiyev Rəcəb Əsədulla oğlu'' | ||
− | |Şəkil = Rəcəb | + | |Şəkil = Rəcəb Əfəndizadə.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = Rəcəb Əfəndizadə 1922-ci ildə. | |Şəklin izahı = Rəcəb Əfəndizadə 1922-ci ildə. | ||
|Doğum tarixi = {{Doğum tarixi|1893||}} | |Doğum tarixi = {{Doğum tarixi|1893||}} |
Səhifəsinin 19:54, 20 dekabr 2023 tarixinə olan son halı
Rəcəb Əfəndizadə | |
---|---|
Əfəndiyev Rəcəb Əsədulla oğlu | |
Rəcəb Əfəndizadə 1922-ci ildə. | |
Doğum tarixi | 1893 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 20 dekabr 1956 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | pedaqogika |
Elmi adı | dosent |
Təhsili |
• Qori Müəllimlər Seminariyası (1909–1914) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, pedaqogika fakultәsi (–1930) |
Rəcəb Əfəndizadə (1893–1956) — tanınmış maarif xadimi, pedaqoq-alim, yazıçı və tərcüməçi, Nuxa Pedaqoji Texnikumunun ilk direktoru.
Haqqında məlumatlar
1893-cü ildə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.
Təhsili
1902 – 1903-cü illərdə Nuxadakı mədrəsədə,
1903 – 1909-cu illərdə isə altısinifli şəhər məktəbində oxuyub.
1909 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakultәsini bitirib.
Əmək fəaliyyəti
1914 – 1915-ci illərdə Göyçay şəhər məktəbinin,
1915 – 1922-ci illərdə Nuxa kişi-qadın gimnaziyasının,
1920 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,
1927 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.
1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor vəzifəsində çalışıb. O cümlədən,
1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində işləyib.
1945 – 1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri olub.
Elmi-pedaqoji fəaliyyəti
1912-ci ildə – hələ 19 yaşı olarkən, rus dilində qələmə aldığı “Tərbiyə sistemində həvəsləndirmə və cəza” adlı 2 çap vərəqi həcmində elmi-metodik əsəri Qori Müəllimlər Seminariyasının iclasında oxunmuş və yüksək qiymətləndirilmişdir.
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü olub.
1917-ci ildə, tərtib etdiyi 160 səhifəlik “Türk çələngi” adlı dərslik Nuxada çap olunub.
1931-ci ildə “İş yeri seçmənin pedaqoji prinsipləri”,
1933-cü ildə “İş otağı”,
1934-cü ildə “Müəllimlərin ixtisasını artırma işinin təşkili”,
1935-ci ildə “Fiziki coğrafiya”, “Kurs işlərinin metodları”, “Xalq maarifi üzrə məlumat kitabı”,
1936-cı ildə “Qiyabi təhsil sistemində şifahi konsultasiya”,
1939-cu ildə “İzahlı pedaqoji lüğət”,
1942-ci ildə “Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı” və s. adlı elmi-metodiki işləri çap olunub.
Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski, İ.H.Pes Talotsi, K.D.Uşinskinin pedaqoji fikirlərini Azərbaycan pedaqogikasına ilk dəfə Rəcəb Əfəndizadə gətirmişdir. Moskvada rusca çap olunmuş ali və orta məktəblər üçün “Psixologiya” və “Pedaqogika” dərsliklərinin azərbaycan dilinə ilk tərcüməçisidir.
Ədəbi yaradıcılığı
1911-ci ildə “Yeni İrşad” qəzetində “Gimnazist Vahid, yaxud müəllimlərə ibrət”, “Aclar”, “Əttar dükanında”, “Rahat olmaq istəyirəm”, “Tərbiyə qurbanı” adlı hekayələri,
1912-ci ildə “Məktəb” jurnalında “Axır çərşənbə” pyesi,
1914-cü ildə “İqbal” qəzetində “Kimdir o?” və “Yaxşılıq” adlı hekayələri,
1915-ci ildə “Dirilik” jurnalında hissə-hissə “Namus” povesti dərc olunub.
1917-ci ildə Nuxa mətbəəsində “Namus” povesti kitabça şəklində çap olunub.
Vəfatı
20 dekabr 1956-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Rəcəb Əsədulla oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 154-155. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. Rəcəb Əsədulla oğlu Əfəndiyev // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 104-109. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- ƏFƏNDİZADƏ Rəcəb Əsədulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 221. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 1893-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 20 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1956-cı ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə