"Ədil xan Yelisuyski" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Sultanov Ədil xan Əhməd xan oğlu{{Şəxs |Adı = Ədi...' ilə yarat) |
|||
Sətir 92: | Sətir 92: | ||
| yer = | | yer = | ||
| nəşriyyat = | | nəşriyyat = | ||
− | | il = təx. 1970 | + | | il = təx. 1970. |
| cild = | | cild = | ||
| səhifə = | | səhifə = |
19:35, 27 yanvar 2024 versiyası
Ədil xan Sultanov | |
---|---|
Sultanov Ədil xan Əhməd xan oğlu | |
Ədilxan Sultanov, 1915-ci il. | |
Digər adı | Ədil xan İlisuyski |
Anadan olub | dekabr 1882 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Rusiya İmperiyası |
Vəfat edib | 1970 |
Vəfat etdiyi yer | Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Bilqeys xanım Mehrəli bəy qızı |
Uşaqları | Firdovsi (Bilqeys xanımdan), iki oğlan (ikinci arvaddan) |
Atası | Əhməd xan |
Anası | Pəri xanım |
Vətəndaşlıq | SSRİ |
Ədil xan Sultanov (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindəndir.
Haqqında məlumatlar
1882-ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olub.
1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib.
Təhsili
1901-ci ildə Tiflis real məktəbini bitirib.
1904 – 1907-ci illərdə Novorossiya Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra at zavodunu Daşüz kəndinə köçürüb.
1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib.
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra isə onun yerdə qalan 160 baş atdan ibarət at zavodu milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə qalıb.
1928-ci ildə Tiflisə köçüb və Zaqafqaziya SFSR Kənd təsərrüfatı nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.
Ailəsi
İki dəfə ailə qurub.
Birinci arvadı Bilqeys xanım Mehrəli bəy qızından doğulmuş qızı Firdovsi Azərbaycanın sovetləşməsindən sonra Türkiyədə qalıb (1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlib və atası ilə görüşüb). İkinci arvadından doğulmuş iki oğlu isə özü ilə birlikdə Kirovabadda yaşayıb.
Vəfatı
197-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib.
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | ? | Səkinə bəyim | əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | Əhməd xan | Pəri xanım | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | Ədil xan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ədəbiyyat
- Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — təx. 1970.
- Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M.. — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı: 416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
- Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı: 288. — 200 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |