"Ədil xan Yelisuyski" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 58: | Sətir 58: | ||
===Ailəsi=== | ===Ailəsi=== | ||
[[Fayl:Ədil xan.jpg|260px|thumb|Ədil xan (solda, ayaq üstə); Mehrəli bəy – Ədil xanın qayınatası (solda, oturan yerdə), Xanoğlan bəy – Ədil xanın qaynı və Mehrəli bəyin oğlu (sağda, ayaq üstə); Bilqeyis xanım – Ədil xanın arvadı, Mehrəli bəyin qızı və Xanoğlan bəyin bacısı (oturan yerdə, sağda). ]] | [[Fayl:Ədil xan.jpg|260px|thumb|Ədil xan (solda, ayaq üstə); Mehrəli bəy – Ədil xanın qayınatası (solda, oturan yerdə), Xanoğlan bəy – Ədil xanın qaynı və Mehrəli bəyin oğlu (sağda, ayaq üstə); Bilqeyis xanım – Ədil xanın arvadı, Mehrəli bəyin qızı və Xanoğlan bəyin bacısı (oturan yerdə, sağda). ]] | ||
− | [[Fayl:Tutu ağa Ədil xan qızı.jpeg|260px|thumb|Tuti ağa Ədil xan qızı (solda, oturan yerdə), arxasındakı qadın | + | [[Fayl:Tutu ağa Ədil xan qızı.jpeg|260px|thumb|Tuti ağa Ədil xan qızı (solda, oturan yerdə), arxasındakı qadın nəvəsidir (qızının qızı). Üçüncü şəxs isə Şəkidən Türkiyəyə qonaq getmiş Müqabil Baqiyevdir. 1999-cı il, Türkiyə.]] |
İki dəfə ailə qurub. | İki dəfə ailə qurub. | ||
22:24, 28 yanvar 2024 versiyası
Ədil xan Sultanov | |
---|---|
Yelisuyski Ədil xan Əhməd xan oğlu | |
Ədil xan Yelisuyski, 1915-ci il. | |
Digər adları | Udil xan, Edil xan, Ədil xan İlisuyski |
Anadan olub | dekabr 1882 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Rusiya İmperiyası |
Vəfat edib | 1970 |
Vəfat etdiyi yer | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Bilqeyis xanım Mehrəli bəy qızı |
Uşaqları | Firdovsi/Tuti (Bilqeys xanımdan), Əhmədxan və Məmmədxan (ikinci arvaddan) |
Atası | Əhməd xan |
Anası | Pəri xanım |
Vətəndaşlıq | SSRİ |
İxtisası | zootexnik |
Təhsili | • Novorossiya İperator Universiteti (Odessa)[1], yaxud Leyspsik Universiteti (Almaniya), zootexnik ixtisası (1904–1907)[2] |
Avtoqraf | |
Adının digər versiyası | rus.: Адил-Хан Елисуйский |
Ədil xan Yelisuyski (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. 1918-ci ildə Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.
Haqqında məlumatlar
1882-ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olub.
1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib.
Təhsili
1901-ci ildə Tiflis real məktəbini bitirib.
1904 – 1907-ci illərdə Novorossiya İmperator Universitetində (Odessa)[1], yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[2] təhsil alması barədə məlumatlar var[qeyd 1].
Əmək fəaliyyəti
1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb.
1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib.
1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi[qeyd 2].
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb.
1928-ci ildə Tiflisə köçüb və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.
Ailəsi
İki dəfə ailə qurub.
Birinci arvadı Bilqeys xanım Mehrəli bəy qızından doğulmuş bir qızı uşaq yaşında ikən vəfat edib. Onu Nuxanın Sarıtorpaq məhəlləsindəki evlərinin həyətindəki kiçik məscidin[qeyd 3] yanında dəfn ediblər. Firdovsi, yaxud Tutu adlı digər bir qızı Azərbaycanın sovetləşməsindən sonra Türkiyədə qalıb[qeyd 4]. İkinci arvadından Əhmədxan adlı və Məmmədxan adlı iki oğlu olub və onlar özü ilə birlikdə Kirovabadda (indiki Gəncə) yaşayıblar.
Vəfatı
1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib.
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | ? | Səkinə bəyim | əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | Əhməd xan | Pəri xanım | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | Ədil xan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeydlər
- ↑ Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmayıb və bu səbəbdən də onun barəsində Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)” kitabında məlumat verilməyib.
- ↑ Professor Ədalət Tahirzadənin öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.
- ↑ Ehtimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
- ↑ 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüşdür.
İstinadlar
- ↑ 1,0 1,1 Nəbiyev Ə., s. 295.
- ↑ 2,0 2,1 İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 334.
Ədəbiyyat
- Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
- Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı: 416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
- Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı: 288. — 200 nüsx.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |