"Həsən ağa" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
Sətir 40: | Sətir 40: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
− | 20 iyun 1747-ci il tarixdə Xorasanda Nadir şaha qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində o, öldürüldü. Bundan sonra İranda şahlıq iddiasında olan Əmiraslan xan 1748-ci ildə böyük qoşunla Ərəşə gəldi. O, Hacı Çələbini Şəki xanı kimi tanısa da, oğlu Həsən | + | 20 iyun 1747-ci il tarixdə Xorasanda Nadir şaha qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində o, öldürüldü. Bundan sonra İranda şahlıq iddiasında olan Əmiraslan xan 1748-ci ildə böyük qoşunla Ərəşə gəldi. O, Hacı Çələbini Şəki xanı kimi tanısa da, oğlu Həsən ağa onun döyüşçüləri tərəfindən qətlə yetirildi. Bu hadisəni Molla Məhəmməd əl-Cari belə təsvir edir: {{Sitat2|Əmiraslan xan Bərdədən Ərəşə gəlir. Ərəşin əhalisi qaçır. Ordu onların dalınca düşərək çoxlarını öldürür, əsir tutur, qarət edir. Hacı Çələbinin oğlu (Həsən ağa) onların məkrindən qorxaraq yüz nəfər şəkili ilə pusquda durmuşdu. Onlar qızılbaş qoşununun bir dəstəsi ilə üzləşərək vuruşurlar. Qızılbaşlar başqa dəstələrinin yanına qaçırlar və (daha çox adamla) qayıdaraq onu və dəstəsindən qırx nəfər gənci öldürürlər. Əmiraslan xan onun (Həsən ağanın) öldürüldüyünü eşitdikdə çox heyfslənir, onun rəngbərəng xətlərlə kəfənlənmiş, qızıl və gümüş mələfələnmiş başını təəsüfləndiyini ifadə edən məktubla birlikdə atasına göndərir və başqa oğlunu öz yanına tələb edir{{sfn|Molla Məhəmməd əl-Cari|1997|ss=46-47}}.}} |
===Ailəsi=== | ===Ailəsi=== |
03:20, 25 aprel 2024 versiyası
Həsən ağa | ||
---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | ||
|
||
Doğum tarixi | ? | |
Doğum yeri | ? | |
Vəfat tarixi | 1748 | |
Vəfat yeri | Ərəş | |
Dini | islam | |
Anası | Hacı Çələbi xan | |
Uşağı | Məhəmmədhüseyn xan |
Həsən ağa (?–1748) — Şəki xanzadəsi. Şəki xanlarından Hacı Çələbi xanın oğlu, Məhəmmədhüseyn xanın isə atasıdır.
Haqqında məlumatlar
1746-cı ildə atası Hacı Çələbi tərəfindən Nadir şahın yanına göndərilmişdir. Molla Məhəmməd əl-Cariyə görə o, Nadir şahın yanına atası Hacı Çələbi ilə şah arasında barışığa nail olmaq üçün[1], Hacı Seyid Əbdülhəmidə görə isə Nadir şahın adamlarının Nuxadan apardıqları əsir və qarət mallarını geri almaq üçün[2] üçün getmişdi. Molla Məhəmməd əl-Carinin və Hacı Seyid Əbdülhəmidin əsərlərində təsadüf edilən bu məlumatlar şübhə doğurmasa da bunların təsdiqlənməsi də hələlik mümkün deyil. Çünki ortada bunları təsdiqləyəcək bir şey yoxdur. Təsdiqlənməsi mümkün olan məlumatlardan isə birincisi budur ki, Şəki mahalının kəndxudaları və rəiyyəti Şəki məliyi Məlik Cəfərin yerinə Hacı Çələbinin oğlu Həsənin məlik təyin edilməsi üçün Nadir şaha kollektiv ərizə ilə müraciət etmiş, lakin Nadir şahın hicri 1159-cu ilin ramazan ayı (sentyabr/oktyabr 1746) tarixli fərmanı ilə həmin xahiş rədd edilmişdir[3]. Təsdiqlənməsi mümkün olan məlumatlardan ikinci isə budur ki, elə həmin ildə də Şəki camaatı Hacı Çələbinini xan seçmişdir[4] (Amma bu hadisənin Nadir şahın fərmanından əvvəl, yaxud sonra baş verməsi məlum deyil).
Vəfatı
20 iyun 1747-ci il tarixdə Xorasanda Nadir şaha qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində o, öldürüldü. Bundan sonra İranda şahlıq iddiasında olan Əmiraslan xan 1748-ci ildə böyük qoşunla Ərəşə gəldi. O, Hacı Çələbini Şəki xanı kimi tanısa da, oğlu Həsən ağa onun döyüşçüləri tərəfindən qətlə yetirildi. Bu hadisəni Molla Məhəmməd əl-Cari belə təsvir edir:
Əmiraslan xan Bərdədən Ərəşə gəlir. Ərəşin əhalisi qaçır. Ordu onların dalınca düşərək çoxlarını öldürür, əsir tutur, qarət edir. Hacı Çələbinin oğlu (Həsən ağa) onların məkrindən qorxaraq yüz nəfər şəkili ilə pusquda durmuşdu. Onlar qızılbaş qoşununun bir dəstəsi ilə üzləşərək vuruşurlar. Qızılbaşlar başqa dəstələrinin yanına qaçırlar və (daha çox adamla) qayıdaraq onu və dəstəsindən qırx nəfər gənci öldürürlər. Əmiraslan xan onun (Həsən ağanın) öldürüldüyünü eşitdikdə çox heyfslənir, onun rəngbərəng xətlərlə kəfənlənmiş, qızıl və gümüş mələfələnmiş başını təəsüfləndiyini ifadə edən məktubla birlikdə atasına göndərir və başqa oğlunu öz yanına tələb edir[5]. |
Ailəsi
1760-cı ildə qazıqumuxlu Məhəmməd xan Nuxanı tutarkən Həsən ağanın dul arvadını Murtaza Əlinin oğlu Əli bəy adlı bir şəxsə ərə vermişdir[6]. Çox güman ki bu qadın Məhəmməd xanın qohumlarından biri idi.
Həsən ağanın oğlu Məhəmmədhüseyn xan isə 1760 – 1780-cı illərdə Şəki xanı olmuşdur.
İstinadlar
- ↑ Molla Məhəmməd əl-Cari, 1997, s. 45.
- ↑ Şəki xanlığının tarixindən, 1958, s. 26.
- ↑ Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə), 2023, ss. 135-139.
- ↑ Azərbaycan tarixi arxiv sənədlərində, 2012, ss. 27, 381-380.
- ↑ Molla Məhəmməd əl-Cari, 1997, ss. 46-47.
- ↑ Molla Məhəmməd əl-Cari, 1997, s. 58.
Ədəbiyyat
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 26.
- Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı: 146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
- Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı: 146. — Səh.: 46-47. — ISBN 5-86974-384-9.
- Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı: 146. — Səh.: 58. — ISBN 5-86974-384-9.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 135-139. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2012. — II cild. — Səh.: 27, 381 – 380.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |
- H
- 1826-cı ilədək Şəki hakimləri, xanları və s.
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki xanlığının tarixindən” (1958) kitabına istinad olunan məqalələr
- “Car salnaməsi” kitabına istinad olunan məqalələr
- “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- Şəki Ensiklopediyası:Akademik məqalələr