(Eyni redaktor tərəfindən edilmiş 4 dəyişiklik göstərilmir) | |||
Sətir 3: | Sətir 3: | ||
<div class="main-wrapper"> | <div class="main-wrapper"> | ||
<div class="main-wrapper-column"> | <div class="main-wrapper-column"> | ||
− | {{Ana səhifə | + | {{Ana səhifə bölməsi2 |
|ID = tga | |ID = tga | ||
− | | | + | |Altbaşlıq = Təqvimin bu günü — [[:Kateqoriya:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|{{Şəkilçi/nin|{{CURRENTMONTHNAMEGEN}}}} {{Ədəd-i|{{CURRENTDAY}}}}]] |
− | | | + | |Başlıq = <small>[[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar|Anadan olanlar ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar}})]] [[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər|Vəfat edənlər ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər}})]]</small> |
|Məzmun = {{Təqvimin bu günü}} | |Məzmun = {{Təqvimin bu günü}} | ||
|Oxuculara = | |Oxuculara = |
Səhifəsinin 22:53, 17 iyun 2024 tarixinə olan son halı
Təqvimin bu günü — iyulun 1-i
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas və I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov 1 iyul 1955-ci il tarixdə Bakıda anadan olub. O, daha əvvəl ədliyyə naziri və məhkəmə-hüquq şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.
Şəkil: Fikrət Məmmədov, 2017.
Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının dövlət müşaviri(ru) (rus.: статский советник) mülki rütbəsinə malik olmuşdur, hansı ki bu mülki rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı şərti hərbi rütbəyə uyğun idi...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 6 iyun 2024-cü il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzinin və Şəki Ensiklopediyasının təşkilatçılığı ilə Şəkidəki Çingiz Mustafayev adına klubda Azərbaycanın görkəmli dövlət xadimi Nazim Hacıyevin anadan olmasının 100 illiyi münasibəti ilə xatirə gecəsi keçirildi.
- 5 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edildi.
- 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.
- 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.