"Əhməd Rəhimli" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslərKateqoriya:Şəkidən çıx...' ilə yarat) |
|||
Sətir 53: | Sətir 53: | ||
1932 – 1942-ci illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim, dərs hissə müdiri, müdir, rayon xalq maarif şöbəsinin müdiri, | 1932 – 1942-ci illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim, dərs hissə müdiri, müdir, rayon xalq maarif şöbəsinin müdiri, | ||
− | 1942 – | + | 1942 – 1943-cü illərdə Azərbaycan {{KP}} Nuxa şəhər komitəsinin birinci katibi, |
− | + | 1943 – 1949-cu illərdə Azərbaycan {{KP}} Bakı şəhər komitəsinin birinci katibi, | |
1949 – 1951-ci illərdə əvvəl Azərbaycan {{KP MK}}-da məsul təşkilatçı, sonra isə Azərbaycan {{KP}} Xaçmaz rayon komitəsinin birinci katibi, | 1949 – 1951-ci illərdə əvvəl Azərbaycan {{KP MK}}-da məsul təşkilatçı, sonra isə Azərbaycan {{KP}} Xaçmaz rayon komitəsinin birinci katibi, |
15:47, 10 noyabr 2021 versiyası
Əhməd Rəhimli | |
---|---|
Rəhimli Əhməd Əlirza oğlu | |
Əhməd Rəhimli. | |
Anadan olub | 22 dekabr 1906 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 | (1985)
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (–1925) • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1929–1932) • Sov.İKP MK yanında Ali Partiya Məktəbi (–1954) |
Mükafatları |
Əhməd Rəhimli (1906–1985) — sovet dövrində Azərbaycanda tanınmış partiya və təhsil işçisi və rəhbər kadr. Müxtəlif illərdə Azərbaycan KP Xaçmaz rayon, Bakı və Şəki şəhər komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
22 dekabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1925-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
1954-cü ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyəti
1925 – 1929-cu illərdə Zaqatala qəzasında müəllim, dərs hiss müdiri, məktəb müdiri, qəza xalq maarif şöbəsinin inspektoru,
1932 – 1942-ci illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim, dərs hissə müdiri, müdir, rayon xalq maarif şöbəsinin müdiri,
1942 – 1943-cü illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibi,
1943 – 1949-cu illərdə Azərbaycan KP Bakı şəhər komitəsinin birinci katibi,
1949 – 1951-ci illərdə əvvəl Azərbaycan KP MK-da məsul təşkilatçı, sonra isə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi,
1951 – 1953-cü illərdə əvvəl Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində əmək ehtiyatları idarəsində birinci müavin, sonra Bakı Vilayət Xalq Maarif Şöbəsinin müdiri, daha sonra Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini,
1953 – 1960-cı illərdə Azərbaycan SSR maarif nazirinin birinci müavini,
1960 – 1963-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsində şikayət bürosunun müdiri,
1963-cü ildən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun direktoru vəzifəsində çalışıb. Bundan sonra respublika əhəmiyyətli fərdi təqaüdə çıxıb.
Digər
II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1959-cu ildə redaktorluğu və rus dilindən tərcüməsi əsasında 6 – 8-ci siniflər üçün ilk “Həndəsə” dərsliyi hazırlanmış və çap edilmişdir.
1965-ci ildən Bakı şəhər Xalq Nəzarəti Komitəsində ictimai əsaslarla ştatdankənar xalq maarif şöbəsinin səhiyyə, mədəniyyət və elm bölmələrinə başçılıq edib.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1939);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- digər 6 medal;
- Azərbaycan SSR Nazirlər Sovetinin fəxri fərmanı;
- “Qabaqcıl maarif xadimi” döş nişanı.
Vəfatı
1985-ci ildə – 78 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Рагимли Ахмед Али Риза-оглы : [arx. 10.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 10.11.2021.
- Şükürov R., Orsər R. Rəhimli Əhməd Əli-Rza oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: kitabın səhifəsi. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Əhməd Əlirza oğlu Rəhimli // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 277. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
- Məmmədov Ə., Xalıqov F. Rəhimli Əhməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 325-326. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Kitabları
- Rəhimli, Ə.Ə. Azərbaycan SSR-də xalq maarifini daha da inkişaf etdirmək haqqında / Əhməd Rəhimli; red. C.Məmmədov.- Bakı: Azərtədrisnəşr, 1959.- 16 s.; 20 sm.- (SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisi).- 1000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış dövlət xadimləri
- 1906-cı ildə doğulanlar
- 22 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1985-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə