Veysəl Mustafayev (rəhbər kadr)
Veysəl Mustafayev | |
---|---|
Mustafayev Veysəl Məmmədkərim oğlu | |
Veysəl Mustafayev. | |
Anadan olub | 25 iyun 1909 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1973 | (63 yaşında)
Uşaqları | Fərman, Nəriman və Ramiz |
Mükafatları |
Veysəl Mustafayev (1909–1971) — 1940-cı illərdə Azərbaycan K(b)P Samux rayon komitəsinin birinci katibi olmuş şəxs.
Haqqında məlumatlar
25 iyun 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Əmək fəaliyyəti
Ailəsinin ağır maddi vəziyyəti ilə bağlı olaraq kiçik yaşlarından Насı Qəninin baramaaçan fabrikində fəhlə işləyib.
1935-ci ildə 1 saylı ipək fabriki partiya təşkilatının katibi,
1942-ci ildə Azərbaycan K(b)P Samux Rayon Partiya Komitəsinin birinci katibi seçilib.
1969-cu ildən respublika əhəmiyyətli fərdi pensiyaçı idi.
İctimai aktivliyi
1939, 1948 və 1957-ci illərdə Nuxa rayon sovetinə deputat seçilib.
4 mart 1940-cı il tarixdə Azərbaycan K(b)P Nuxa şəhər komitetinin birinci plenumunda Azərbaycan K(b)P Nuxa şəhər komitetinin plenumun üzvü seçilib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Vəfatı
1972-ci ilin iyun ayının sonu, iyul ayının əvvəllərində – 63 yaşında, Şəkidə vəfat edib.
6 iyul 1972-ci il tarixdə vəfatı münasibəti ilə “İpəkçi” qəzetində nekroloq dərc olunub.
Ailəsi
Üç oğlu olub: Fərman, Nəriman və Ramiz. Onlardan Fərman Şəki şəhər 11 və 19 saylı məktəblərində tarix müəllimi idi. Nəriman uzun illər Bakıda Layihə İnstitutunda çalışıb. Ramiz isə Şəki Rayon Kooperativ İttifaqında işləyib.
Ədəbiyyat
- Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
- Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
- Мустафаев Вейсал Мамед Керим (Мамед Керим-оглы) : [arx. 23.08.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.08.2022.
- Rayon Sovetinə seçilmiş deputatlar = Рајон Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 16 yanvar. — № 7 (4.066). — Səh. 1.
- Rayon Sovetinə seçilmiş deputatların siyahısı = Рајон Советинә сечилмиш депутатларын сияһысы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 17 mart. — № 32 (5.488). — Səh. 2.
- V.M.Mustafayev (nekroloq) = В.М.Мустафајев // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1972. — В. 6 iyul. — № 21 (1109). — Səh. 4.
- Məmmədkərimuşağı (patronim)/Veysəl Məmmədkərim oğlu Mustafayev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 385-386. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- 1909-cu ildə doğulanlar
- 25 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1973-cü ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr