Ədil xan Yelisuyski
Ədil xan Sultanov | |
---|---|
Yelisuyski Ədil xan Əhməd xan oğlu | |
Ədil xan Yelisuyski, 1915-ci il. | |
Digər adları | Udil xan, Edil xan, Ədil xan İlisuyski |
Anadan olub | dekabr 1882 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Rusiya İmperiyası |
Vəfat edib | 1970 |
Vəfat etdiyi yer | Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Bilqeys xanım Mehrəli bəy qızı |
Uşaqları | Firdovsi (Bilqeys xanımdan), Əhmədxan və Məmmədxan (ikinci arvaddan) |
Atası | Əhməd xan |
Anası | Pəri xanım |
Vətəndaşlıq | SSRİ |
İxtisası | zootexnik |
Təhsili | • Novorossiya İperator Universiteti (Odessa)[1], yaxud Leyspsik Universiteti (Almaniya), zootexnik ixtisası (1904–1907)[2] |
Ədil xan Yelisuyski (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi
Haqqında məlumatlar
1882-ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olub.
1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib.
Təhsili
1901-ci ildə Tiflis real məktəbini bitirib.
1904 – 1907-ci illərdə bir məlumata görə Novorossiya İperator Universitetində (Odessa)[1], digər məlumatlara görə isə Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[2] təhsil alıb.
Əmək fəaliyyəti
1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb.
1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib.
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra isə onun yerdə qalan 160 baş atdan ibarət at zavodu milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb.
1928-ci ildə Tiflisə köçüb və Zaqafqaziya SFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.
Ailəsi
İki dəfə ailə qurub.
Birinci arvadı Bilqeys xanım Mehrəli bəy qızından doğulmuş bir qızı uşaq yaşında ikən vəfat edib. Onu Nuxanın Sarıtorpaq məhəlləsindəki evlərinin həyətindəki kiçik məscidin[qeyd 1] yanında dəfn ediblər. Digər qızı Firdovsi Azərbaycanın sovetləşməsindən sonra Türkiyədə qalıb[qeyd 2]. İkinci arvadından Əhmədxan adlı və Məmmədxan adlı iki oğlu olub və onlar özü ilə birlikdə Kirovabadda yaşayıblar.
Vəfatı
1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib.
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | ? | Səkinə bəyim | əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | Əhməd xan | Pəri xanım | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | Ədil xan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeydlər
- ↑ Etimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
- ↑ 1960-cı illərdə bir dəfə Kirovabadda (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüşdür.
İstinadlar
- ↑ 1,0 1,1 Nəbiyev Ə., s. 295.
- ↑ 2,0 2,1 İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 334.
Ədəbiyyat
- Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
- Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı: 416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
- Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı: 288. — 200 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |