Cəmil Şəkixanov
Cəmil Şəkixanov (1903–1993) — sovet aviasiya sənayesi mütəxəssisi, keçmiş jurnalist və “Şəki fəhləsi”/“Nuxa fəhləsi” qəzetinin birinci redaktoru. Şəki xan nəslinin davamçısılarından biri və Kərim ağa Şəkixanovun nəticəsi, məşhur tarzən Əhmədbəy Tahirovun isə bacısı oğludur.
Cəmil Şəkixanov | |
---|---|
Şəkixanov Cəmil xan Hüseyn ağa oğlu rus.: Шекиханов Джамиль Гусейнович | |
Cəmil Şəkixanov, Moskva, 1970-ci il. | |
Doğum tarixi | 1 may 1903 | (Yuli təqvimi ilə 18 aprel)
Doğum yeri | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | noyabr 1993 | (90 yaşında)
Vəfat yeri | Moskva, Rusiya |
Atası | Hüseyn ağa İsmayıl ağa oğlu Şəkixanov |
Anası | Firuzə Tahirova |
Həyat yoldaşı | Olya |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Haqqında məlumatlar
1 may 1903-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Uşaq yaşlarında valideynləri vəfat edib və dayısı Əhmədbəy Tahirovun himayəsində böyüyüb.
15 mart 1921-ci il tarixdə Nuxa milis şöbəsinə jurnalist təyin edilib[1][qeyd 1] və bundan sonra nəşrə başlamış “Şəki fəhləsi”/“Nuxa fəhləsi” qəzetinin birinci redaktoru olub.
Daha sonra Moskvada ali təhsil alıb.
1945-ci ildə Moskvada – aviasiya zavodunda sex rəisi vəzifəsində çalışırdı və həmin vaxt “Şərəf Nişanı” ordeni ilə təltif olunub[2].
1993-cü ilin noyabr ayında – 90 yaşında, Moskvada vəfat edib və Moskvada da dəfn olunub.
Qeydlər
- ↑ O, bu vəzifədə Əhməd Şəkixanovu əvəz edib. Sonuncu, Hərbi İnqilab Komitəsi Nuxa şöbəsinin rəis müavininin 8 iyul 1920-ci il tarixdə imzaladığı əmrlə, 1 iyun tarixdə milis şöbəsinə jurnalist təyin edilmiş və 15 mart 1921-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (Bax: ARDA Şəki filialı, fond 102,siyahı 2, s/v 1, vərəq 2.). Əhməd Şəkixanov bəlkə də Məmmədəmin Şəkinskinin və Məmmədsadıq Əfəndiyevin atası Mirzə Əhməd imiş?
İstinadlar
- ↑ ARDA Şəki filialı, fond 102,siyahı 2, s/v 1, vərəq 16.
- ↑ "Шекиханев Джамиль Гусейнович". https://pamyat-naroda.ru/ (русский). Министерство обороны Российской Федерации. 4 Jan 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:
Şəkixanovlərin nəsil şəcərəsi
Fətəli xan Məhəmmədhüseyn xan oğlu | Xurşid xanım (qubalı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kərim ağanın arvadı (Mollazədələrdən) | Kərim ağa Şəkixanov | Kərim ağanın arvadı (öz qulluqçusu) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əbdülhəmid ağa | Mustafa ağa Şəkixanov | İsmayıl ağa | Cəfər ağa | Məmməd ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fatma | Hüseyn ağa | Mahiyə Kərim ağa qızı Şəkixanova | Bəhram ağa | Əşrəf aga, Hidayət aga, Əbülfət ağa, Telli və Güllü | Balacaxanım | İsmayıl Alıcanbəyov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli (Fətəli) xan, Hacı xan, Cəmil xan | Cəfər Cəfərov | Zeynəb | Qönçə Qazıyeva | Lütfiyyə Mustafayeva | Veysəl Mustafayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dilşad | Elşad (qadın) | Məmləkət | Bəhram | Əşrəf | Hidayət | Rahilə | Əbülfət | Rauf və Fərid | Həmid və Namiq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Bu şəkildə mərkəzdəki bığlı kişi Cəmil Şəkixanovun dayısı Əhmədbəy Tahirov, onun əlini çiyninə qoyduğu uşaq isə bacısı oğlu (Cəmil Şəkixanovun qardaşı) Fətəli Şəkixanovdur. Sağdakı Mustafa Cabbarzadə, soldakı Qurban Abbasov.
Solda ayaq üstə dayanan Cəmil Şəkixanovun qardaşı Fətəli Şəkixanovdur. Yanındakı ağ paltarı oğlan Hüseyn bəy Nəbibəyov, ortada, sağda oturan qadın Göyçək xanım Tahirova, onun qucağındakı oğlan uşağı isə Rüstəm Nəbibəyovdur. Yerdə oturan qız qulluqçu idi və qucağındakı uşaq Hüseyn bəyin oğlu Ehsan Nəbibəyovdur. Qabaqda oturan oğlanın Hacı xan Şəkixanov, solda oturan qadının Bikə Şəkixanova olduğu, şəklin 1926-cı ildə çəkildiyi güman edilir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |