Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aslan Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aslan Rüstəmov
Rüstəmov Aslan Mahmud oğlu
Aslan Rüstəmov
Aslan Rüstəmov.
Doğum tarixi 23 sentyabr 1932 (1932-09-23) (92 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948–)

 • Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski, 1953–1960)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2021
Uşaqları Teymur RüstəmovMahmud Rüstəmov

Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir.

Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.

Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – MahmudTeymur Rüstəmovların isə atasıdır.

Haqqında məlumatlar

23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər.

Təhsili

1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub.

1953 – 1960-cı illərdə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alıb.

Yaradıcılığı

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.

Heykəltəraşlıq işləri

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi
Bəhram Gurun heykəli (Bakı).
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifləri − Aslan Rüstəmov və Albert Mustafayev (Şəki, 2014).

Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin tələbəsi olarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.

Digər heykəltəraşlıq işləri

  • Şamaxıda Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
  • Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən yonulmuş heykəli.
Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə
  • Bakıda: Ukrayna dairəsində Heydər Əliyevin heykəli, Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Vasif Adıgözəlovun xatirə lövhəsi;
  • Şəkidə: Sabit Rəhmanın büstü, Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü.
  • Şuşada: Üzeyir Hacıbəylinin heykəli (oğlu Mahmud Rüstəmovla birlikdə) – 29 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açılışı olub və Bülbülün ev-muzeyinin həyətindəki Bülbülün yeni qoyulmuş büst – 29 avqust 2021-ci il tarixdə açılışı olub.

Digər heykəltəraşlıq işlərinin fotoşəkilləri

Medalyer fəaliyyəti

1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləyib. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi Əhməd Salikovla birgə 1965-ci ildə hazırladığı Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalıdır. 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır. 1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda isə hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi tərəfindən, “Nizami” medalı isə Moskva Dövlət Tarix Muzeyi tərəfindən satın alınmış və həmişəlik olaraq həmin müzeylərin daimi ekspozisiyaya daxil edilmişdir.

Hazırladığı medalların fotoşəkilləri

Təltif və mükafatları

Ədəbiyyat

  1. Гармония арт-искусства семьи Рустамовых : [arx. 24 Aug 2017 - 14 Apr 2021] : [rus.] // Блог Бахрама Багирзаде. — Müraciət tarixi: 15.11.2021.