Şablon:Bilirsinizmi?
Jump to navigation
Jump to search
Arxiv>>
- 7 noyabr 2021-ci il tarixdə sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr Nurəddin Həbibullahzadə (1933–2021) 86 yaşında, Şəkidə vəfat edib.
- 1 noyabr 2021-ci il tarixdə tanınmış pedaqoq, Şəki Dövlət Regional Kollecinin direktor müavini Teymurçin Məmmədov (1953–2021) 68 yaşında, Şəkidə vəfat edib.
- 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.
- 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktorudur. O, buna qədər həmin bankın Tacikistan bürosunun rəhbəri vəzifəsində çalışmışdır.
- 29 avqust 2021-ci il tarixdə Şuşada təntənəli açılışı olmuş Üzeyir Hacıbəylinin heykəli üç şəkili – Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanmışdır.
- 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.
- 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.
- 15 may 2021-ci il tarixdə riyaziyyat üzrə elmlər doktoru, “Xəzər” Universitetinin professoru İlham Əliyev 70 yaşında Bakıda vəfat edib.
- 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |