Şablon:1 sentyabr

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:47, 1 sentyabr 2024 tarixli dəyişiklik

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Mahmud İsmayılov

Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini Mahmud İsmayılov (1920–2001) 1 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Mahmud İsmayılov.



Məjlum Şükürov

Texnika elmləri namizədi, Şəki bələdiyyəsinin sabiq üzvü (2005–2010), Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı (2006–2011) Məjlum Şükürov 1 sentyabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Şəkil: Məjlum Şükürov, 2007-ci il.



Məmmədəmin Bəkirov

Fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədəmin Bəkirov (1925–2009) 1 sentyabr 1925-ci il tarixdə Nuxa qəzasının Baş Layısqı kəndində anadan olub.

Şəkil: Məmmədəmin Bəkirov.



Nazim İbrahimov

Şəki Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nazim İbrahimov 1 sentyabr 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Nazim İbrahimov.



Zibeydə Yusifbəyova

Kənd təsərrüfatı elmləri namizədi və gömrük xidməti polkovniki Zibeydə Yusifbəyova 1 sentyabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, müxtəlif illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mühasibat və uçot şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır. 2017-ci ildən təqaüddədir.

Şəkil: Zibeydə Yusifbəyova.



Ələddin Sultanov

Ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi Ələddin Sultanov 1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.

Şəkil: Ələddin Sultanov (22 may 2017).



Dürrə Məmmədova

Böyük Vətən müharibəsi iştirakçısı olmuş azərbaycanlı qadın-tibb işçisi, baş leytenant, Azərbaycan SSR əməkdar səhiyyə işçisi, “Florens Naytingel” medalı ilə təltif olunmuş cəmi 12 azərbaycanlı tibb bacısından biri, 1995 və 2000-ci illərdə Moskvada – Qızıl Meydanda, keçirilmiş Qələbə paradların iştirakçısı Dürrə Məmmədova (1923–2005) 1 sentyabr 2005-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq, Şəkidəki Sona qəbiristanlığında dəfn olunub.

Şəkil: Dürrə Məmmədova.







<<əvvəlki gün 1 sentyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)