Lütfəli Həsənov
Lütfəli Həsənov | |
---|---|
Həsənov Lütfəli Əkbər oğlu | |
Lütfəli Həsənov. | |
Doğum tarixi | 10 may 1916 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 4 sentyabr 1976 (60 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
Vətəndaşlığı | SSRİ |
İxtisası | həkim |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu (1932–1937) |
İlk əsəri | “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937) |
Mükafatları |
Lütfəli Həsənov (1916–1976) — həkim, yazıçı və dramaturq, Şəki Sanitariya Maarif Evinin müdiri. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd olunub.
Haqqında məlumatlar
10 may 1916-cı il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.
Təhsili
1931-ci ildə Nuxada yeddiillik məktəbi bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.
1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitalda şöbə müdiri vəzifəsində çalışıb.
1953 – 1976-cı illərdə Nuxada/Şəki şəhər xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-terapevt işləyib və eyni zamanda Sanitariya Maarif Evinin müdiri olub.
Məhkumluğu
1947-ci ildə antisovet təbliğatında günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir və hekayələrlə başlayıb. “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
Qələmə aldığı hekayələrdən bir çoxu “Nuxa fəhləsi” qəzetində dərc olunub. O, həm də uzun illər bu qəzetin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə də rəhbərlik edib.
1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
1956-cı ildə “Qardaş torpağı” adlı ilk pyesi “Azərbaycan” jurnalının 6-cı nömrəsində çap olunub.
1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Hüseyin Rəsulovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında,
1957-ci ildə “Günəş” adlı pyesi Kirovabad Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb, lakin birincisi istisna olmaqla, digərləri çap edilməyib. Bu əsərlərində Nuxa həkimlərinin həyatı, xalqlar dostluğunun tərənnümü, müharibəyə nifrət hissi, vətənpərvərlik və s. mövzular ön plana çəkilmişdir.
Şeir və dram əsərlərindən başqa, Lütfəli Həsənovun 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaşı, 1967-ci ildə isə “Bizim iş təcrübəmiz” adlı metodik materialları da çap olunub.
Vəfatı
4 sentyab 1976-cı il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib. Şəkidə – Çöl qəbiristanlığında dəfn olunub.
Təltif və mükafatları
- “Qırmızı Ulduz” ordeni.
- “Döyüş xidmətlərinə görə” medalı.
- “Leninqradın müdafiəsinə görə” medalı.
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Ədəbiyyat
- Гасанов Лютфале Акперович : [arx. 03.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.09.2021.
- Mete Ə. Həkim yazıçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 346-348. — 500 nüsx.
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
- Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.
- Orsər R. Lütfəli Həsənov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 233 – 235. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Adışirinov K. Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) // [1] / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: “Elm və təhsil”, 2020. — Səhifələrin sayı: 353. — Səh.: 29 – 30, 43. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1916-cı ildə doğulanlar
- 10 mayda doğulanlar
- Mayda doğulanlar
- 4 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə