Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
1 may
Sovet aviasiya sənayesi mütəxəssisi, Şəki xan nəslinin davamçısılarından biri və Kərim ağa Şəkixanovun nəticəsi Cəmil Şəkixanov (1903–1993) 1 may 1903-cü il tarixdə Nuxada anadan olub.
“Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist Məmmədsani Məmmədov (1905–1984) 1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalistiSalis Məmmədovun atası, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.
Şəkil: Məmmədsani Məmmədov, 1970-ci il.
1 may
Tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fərrux Həmidzadə (1913–1974) 1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.