Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...

Şablon:1 may

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



...
...

Sovet aviasiya sənayesi mütəxəssisi, Şəki xan nəslinin davamçısılarından biri və Kərim ağa Şəkixanovun nəticəsi Cəmil Şəkixanov (1903–1993) 1 may 1903-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



...
...

Tanınmış müğənni, Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova 1 may 1970-ci il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. O, həm də Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın bacısıdır.



...
...

“Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist Məmmədsani Məmmədov (1905–1984) 1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikasının ədliyyə nazirinin sabiq müavini Toğrul Musayevin isə dayısıdır.



...
...

Tarix elmləri namizədi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi Tağı Musəvi (1918–2000) 1 may 1918-ci il tarixdə Təbrizdə kəndli ailəsində anadan olub.



...
...

Tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fərrux Həmidzadə (1913–1974) 1 may 1974-cü il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib.



...
...

Tanınmış pedaqoq, tarix elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar müəllimi Səidə İmanzadə (1910–1992) 1 may 1992-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.


<<əvvəlki gün 1 may sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)