Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov | |
---|---|
Məmmədov Məmmədsani Mustafa oğlu | |
Məmmədsani Məmmədov, 1970-ci il. | |
Anadan olub | 1 may 1905 |
Anadan olduğu yer | Ağdaş, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 5 dekabr 1984 (79 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Səkinə Məmmədova |
Uşaqları | Salis, Rəna, Xamis, Ülfan, Ramiz, Zöhrə |
Təhsili |
• Mərkəzi Sovet Partiya Məktəbi (1922–1924) • Zaqafqaziya Kommunist Universiteti (Tiflis, 1924–1928) |
Mükafatları |
Məmmədsani Məmmədov (1905–1984) — “Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist. Həm də 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun atası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.
Haqqında məlumatlar
1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub.
Təhsili
1913 – 1918-ci illərdə ibtidai məktəbdə (Ağdaş),
1918 – 1921-ci illərdə II dərəcəli məktəbdə (cəmi 3 sinif, Ağdaş),
1922 – 1924-ci illərdə Mərkəzi Sovet Partiya Məktəbində (Bakı),
1924 – 1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis) təhsil alıb.
Əmək və digər fəaliyyəti
Oktyabr, 1920-ci il — sentyabr, 1922-ci il tarixləri arasında Ağdaş qəza milis idarəsində kargüzar,
iyul — oktyabr 1928-ci il tarixləri arasında Nuxa Pedaqoji Məktəbində tarix müəllimi və direktor,
noyabr, 1928-ci il — fevral, 1935-ci il tarixləri arasında “Şəki fəhləsi” qəzetinin redaktoru[qeyd 1],
mart — iyul 1935-ci ilin il tarixləri arasında Azərbaycan KP Nuxa şəhər partiya komitəsində inspektor,
iyul — dekabr 1935-ci il tarixləri arasında IMZO (rus.: ИМЗО) rayon təşkilatçısı,
yanvar — aprel 1936-cı il tarixləri arasında kurs direktoru,
aprel — dekabr 1936-cı il tarixləri arasında Nuxa Lenin adına İpək Kombinatı nəzdindəki tədris-kurs kombinatının direktoru,
dekabr, 1937-ci il — iyul, 1938-ci il tarixləri arasında Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,
avqust, 1938-ci il — yanvar, 1940-ci il tarixləri arasında Nuxa Şəhər İcraiyyə Komitəsində katib,
avqust, 1938-ci il — 1940-ci il tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
sentyabr, 1940-cı il — fevral, 1941-ci il tarixləri arasında Az.TA-nın (Azərbaycan Teleqraf Agentliyinin) sahə müxbiri (rus.: разъездной корреспондент),
mart — iyun 1941-ci il tarixləri arasında Az.TA-nın redaktoru vəzifəsində çalışıb.
23 iyun 1941-ci il tarixdə orduya çağırılıb.
İyun — oktyabr 1941-ci il tarixləri arasında sovet ordusunun İranda yerləşmiş 20-ci diviziyasında tərcüməçi,
oktyabr, 1941-ci il — iyun, 1942-ci il tarixləri arasında Sovet Ordusunun 392-ci atıcı diviziyasının 7-ci bölməsində ştab rəisi olub.
1942-ci ilin iyun ayında Şimali Qafqazda yaralanıb,
iyun — dekabr 1942-ci il tarixləri arasında hospitalda müalicə olunub.
Oktyabr, 1943-cü il — dekabr, 1945-ci il tarixləri arasında Znamenka şəhərində (Kirovqrad vilayəti, Ukrayna SSR) rayon hərbi komissarlığının II hissəsinin rəisi,
may, 1946-cı il — iyul, 1960-cı tarixləri arasında “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,
mart, 1961-ci il — aprel, 1968-ci il tarixləri arasında Nuxa/Şəki İstirahət Evinin direktoru,
dekabr, 1967-ci il — iyul, 1975-ci il tarixləri arasında, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri vəzifəsində çalışıb.
Təqaüddə
1975-ci ildə təqaüdə çıxıb.
1984-cü ildən respublika əhəmiyyətli pensiya alıb.
İctimai-siyasi fəaliyyəti
1920-ci ildən komsomol sıralarına qatılıb.
1932-ci ildən kommunist partiyasının üzvü olub.
1930 – 1934-cü illərdə Nuxa şəhər sovetinin plenum üzvü,
1932 – 1935-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin üzvü,
1939 və 1950-ci illərdə Nuxa şəhər sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Döyüş xidmətlərinə görə” medalı (1946);
- Lenin yubiley medalı (1970);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1971);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “Əmək veteranı” medalı.
Vəfatı
5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
Qeydlər
Ədəbiyyat
- Zəhmətkeş deputatlarının Nuxa şəhər sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
- Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sesiyası // Nuxa fəhləsi : qəzet. — 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
- Мамедов Мамедсани Мустафа оглы (Личний листок по учету кадров).
- Məmmədsani Mustafa oğlu Nəbiyev (nekroloq) (azərb.) // “Şəki fəhləsi” : qəzet / Nizami Nəbiyev. — Şəki: Şəki mətbəəsi, 1984. —8 dekabr c. — № 146 (9734). — Səh. 4.
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 373-374. — 500 nüsx.
- Şükürov R., Orsər R. Bizim direktorlar // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 103. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Мамедов Мамед Саин Мустафаевич : [arx. 16.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.07.2021.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1905-ci ildə doğulanlar
- 1 mayda doğulanlar
- Mayda doğulanlar
- 5 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə