Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mustafa Cabbarzadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:24, 2 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa Cabbarzadə
Cabbarzadə Mustafa Cabbar oğlu
Mustafa Cabbarzadə
Mustafa Cabbarzadə.
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1 iyul 1963 (60 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşları Nazilə, Ruhiyə
Uşaqları Ləman, Ramiz və Əfşan (anaları: Nazilə); Vaqif, Namiq, Ülfan (anaları: Ruhiyə)
Atası Cabbar
Anası Sitarə
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Təhsili Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1923–1927)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı — 1949"Əmək igidliyinə görə" medalı

Mustafa Cabbarzadə (1903–1963) — sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlardan biri olmuş və toxuculuq texnikumunun direktoru vəzifəsində çalışmış şəxs.

Haqqında məlumatlar

1903-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1920-ci ildə Nuxada üç aylıq müəllimlər kursunu bitirib.

1923 – 1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1920 – 1923-cü illərdə Nuxa şəhər 7 №-li yeddiillik məktəbində əvvəl müəllim, sonra müdir,

1927-ci ildən, əvvəl Nuxa fəhlə fakültəsində, sonra Nuxa pedaqoji məktəbində müəllim,

1931 – 1933-cü illərdə Nuxa fəhlə fakültəsinin direktoru,

1933 – 1996-cı illərdə Bakı fəhlə fakültəsinin tədris hissə müdiri və müəllimi,

1936 – 1943-cü illərdə Bakı Elektrorabitə Texnikumunun tədris hissə müdiri və müəllimi,

1943 – 1954-cü illərdə Nuxa rayon xalq maarif şöbəsinin müdiri,

1954 – 1956-cı illərdə Nuxa şəhər 5 №-li məktəbinin direktoru,

1956-cı ildən ömrünün sonunadək Nuxa toxuculuq texnikumunun direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1944-cü ildən Kommunist partiyasının üzvü olub.

Dəfələrlə şəhər partiya komitəsinin üzvü, şəhər və rayon Sovetlərinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

1 iyul 1963-cü il tarixdə – 60 yaşında, ağır xəstəlikdən sonra Bakıda vəfat edib. Vəfatı münasibəti ilə Nuxada çap olunan “Lenin bayrağı” qəzetində Nuxa şəhər partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədovun, Nuxa şəhər sovetinin sədri İsmət Quliyevanın və digər vəzifəli şəxslərin imzası ilə nekroloq dərc olunub.

Digər

Tanınmış pedaqoq Qurban Abbasovun (1908–1973) qardaşıdır.

Ədəbiyyat

  1. MUSTAFA CABBARZADƏ = МУСТАФА ҸАББАРЗАДӘ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 3 iyul. — № 88 (220). — Səh. 4.
  2. Bəşirov R., Hacıyev N. CABBARZADƏ MUSTAFA CABBAR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 64.
  3. MUSTAFA CABBARZADƏ // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 117. — ISBN 978-9952-8176-4-5.
  4. Məmmədov Ə., Xalıqov F. Cabbarzadə Mustafa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: səhifənin nömrəsi. — 1.000 nüsx.

Həmçinin, bax: