Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Ədil xan Yelisuyski

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 20:13, 27 yanvar 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ədil xan Sultanov
Sultanov Ədil xan Əhməd xan oğlu
Ədil xan Sultanov
Ədilxan Sultanov, 1915-ci il.
Digər adı Ədil xan İlisuyski
Doğum tarixi dekabr 1882(1882-12-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1970(1970-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Kirovabad (Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Bilqeys xanım Mehrəli bəy qızı
Uşaqları Firdovsi (Bilqeys xanımdan), iki oğlan (ikinci arvaddan)
Atası Əhməd xan
Anası Pəri xanım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Ədil xan Sultanov (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi

Haqqında məlumatlar

1882-ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olub.

1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib.

Təhsili

1901-ci ildə Tiflis real məktəbini bitirib.

1904 – 1907-ci illərdə Novorossiya Universitetində təhsil alıb.

Əmək fəaliyyəti

1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb.

1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib.

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra isə onun yerdə qalan 160 baş atdan ibarət at zavodu milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin edilib və 1928-ci ilədək həmin vəzifədə qalıb.

1928-ci ildə Tiflisə köçüb və Zaqafqaziya SFSR Kənd təsərrüfatı nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

Ailəsi

Ədil xan (solda, ayaq üstə); Mehrəli bəy – Ədil xanın qayınatası (solda, oturan yerdə), Xanoğlan bəy – Ədil xanın qaynı və Mehrəli bəyin oğlu (sağda, ayaq üstə); Bilqeys xanım – Ədil xanın arvadı, Mehrəli bəyin qızı və Xanoğlan bəyin bacısı (oturan yerdə, sağda)

İki dəfə ailə qurub.

Birinci arvadı Bilqeys xanım Mehrəli bəy qızından doğulmuş qızı Firdovsi Azərbaycanın sovetləşməsindən sonra Türkiyədə qalıb (1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlib və atası ilə görüşüb). İkinci arvadından doğulmuş iki oğlu isə özü ilə birlikdə Kirovabadda yaşayıb.

Vəfatı

1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib.

Nəsil şəcərəsi


 
 
 
 
 
 
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
?
 
Səkinə bəyim
 
əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
 
 
 
 
 
 
 
Əhməd xan
 
Pəri xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim
 
Sehran bəyim
 
Teymur xan
 
Ədil xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ədəbiyyat

  1. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — təx. 1970.
  2. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  3. Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı:  288. — 200 nüsx.