Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Aydın Məmmədov (jurnalist)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aydın Məmmədov
Məmmədov Aydın Salis oğlu
Aydın Məmmədov
Aydın Məmmədov (24.09.2024).
Anadan olub 28 fevral 1967 (1967-02-28) (57 yaş)
Anadan olduğu yer Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Səkinə Məmmədova, Cavidan Məmmədov
Atası Salis Məmmədov
Anası Nuriyyə Hüseynova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası muzey işi və tarixi abidələrin mühafizəsi
Təhsili

 • Şəki Tibb Məktəbi, sanitar-feldşer şöbəsi (1984–1985)

 • Bakı 2 №-li Tibb Məktəbi, sanitar-feldşer şöbəsi (1987–1989)

 • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, kulturologiya fakültəsi, muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası (2000–2001; 2003–2007)
facebook səhifəsi

Aydın Məmmədov“Şəki Ensiklopediyası” saytının, “Şəki Ensiklopediyası” MMC-nin və “Şəki Ensiklopediyası” jurnalı çap mediasının təsisçisi və baş redaktoru, ictimai və iqtisadi, elmi-tarixi mövzular üzrə araşdırmaçı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 fevral 1967-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1974 – 1977-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində,

1977 – 1984-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbində təhsil alıb.

1984 – 1985-ci illərdə sanitar-feldşer ixtisası üzrə Şəki Tibb Məktəbində,

1987 – 1989-cu illərdə isə Bakı 2 №-li Tibb Məktəbində təhsil alıb.

2000 – 2001 və 2003 – 2007-ci illərdə muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində (bakalavriat, qiyabi) təhsil alıb.

12 – 13 noyabr 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə müdafiə mexanizmlərinin vasitəsi ilə “İnsan hüquqları monitorinqi, qiymətləndirilməsi və hesabat verilməsi” mövzusunda keçirilmiş təlimdə iştirak edib.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1985 – 1987-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1989-cu ildən V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2009 – 2012-ci illərdə “İpəkçi” qəzetinin ştat üzrə redaktoru,

2012 – 2015-ci illərdə “Mədəni İrsin Qorunmasına Dəstək” İB-də ştat üzrə mütəxəssis vəzifəsində çalışıb.

2016 – 2019-cu illərdə işsiz statusuna malik olub.

2020-ci ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Baş Şabalıd Kənd Diyarşünaslıq Klubunda mədəni təşkilatçı vəzifəsində çalışır.

26 iyul 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” MMC-ni təsis edib və həmin tarixdən bu MMC-nin rəhbəridir.

Publisistika, elm və media sahəsində fəaliyyəti[redaktə | HTML redaktə]

1989-cu ildən “Şəki fəhləsi” qəzetində Şəkinin tarixinə aid ilk məqalələri dərc olunmağa başlayıb.

1993-cü ildə atası Salis Məmmədovla birlikdə “Şəkinin səsi” qəzetini təsis ediblər və bu qəzetin redaktoru olub.

2009-cu ildən “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin baş redaktoru olub.

2012-ci ildə “İpəkçi” qəzetinin redaktor ştatı ləğv olunduqdan sonra həmin qəzetin nəşrini 2018-ci ilədək, saytının fəaliyyətini isə 2022-ci ilin sonunadək davam etdirib.

2019-cu ildə internetdə “Şəki Ensiklopediyası” adlı sayt açıb və həmin saytı idarə etməklə, müntəzəm olaraq yeniləməklə məşğuldur.

2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə rejissor Vahid Quliyevin çəkdiyi “Şəki maarifi” adlı sənədli filmin elmi məsləhətçisi olub.

30 sentyabr 2024-cü il tarixdə təsisçisi və baş redaktoru olduğu “Şəki Ensiklopediyası” MMC media subyekti və “Şəki Ensiklopediyası” jurnalı çap mediası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

Azərbaycanın və xarici ölkələrin elmi nəşrlərində elmi-tarixi mövzularda məqalələri dərc olunub.

Elmi nəşrlərdə dərc olunmuş əsərləri[redaktə | HTML redaktə]

Siyahı
  1. Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar // Elm : qəzet. — Bakı, 2002. — В. 4 oktyabr.
  2. Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar // Jahrbuch Aserbaidschanforschung. — Berlin, 2007.
  3. Məmmədov A.S. İbn Ərəbşahın məlum “Əcaibül-məqdur fi nəvaib timur” əsərində Şəkiyə dair naməlum bəhslər // Elm : qəzet. — Bakı, 2007. — В. 30 oktyabr.
  4. Məmmədov A.S. İbn-i Arabşah'ın Ankara savaş'ından dönen Emir Timur'un “Gel-Gör-Git” kalesi'ni kuşatması hakkında yazdıkları (türk.) // Bütün yönleriyle Çubuk ve Çevresi (Uluslararası Sempozyumu). — Ankara, 2016. — Səh. 369 – 378. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 iyul 2022.
  5. Məmmədov A.S. Şərafəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində Şəki haqqında məlumatlar // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 343 – 355.
  6. Məmmədov A.S. 1384 – 1404 — Əmir Teymurun Şəki ölkəsinə hücumları (monoqrafiya) // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 365 – 419.
  7. Məmmədov A.S. Nuxa qalasının vəziyyəti barədə mayor Lisaneviçin 1819-cu ildə tərtib etdiyi akt // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 454 – 461.
  8. Məmmədov A.S. Anonim şəxsin qələmə aldığı hekayət // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 482.
  9. Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 488 – 501.
  10. Məmmədov A.S. Həsən sultanın itmiş qəbrinin sorağı ilə // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 501 – 506.
  11. Məmmədov A.S. (rus dilındən tərcümə edən) Nuxa qəzasından (indiki Şəki) toplanan nağıllar // Ramazan Qafarlı (baş redaktor) Dədə Qorqud : elmi-ədəbi toplu / Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. — Bakı, 2021. — № 2 (73). — Səh. 181 – 195. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 16 Apr 2022 - 9 May 2022.
  12. PDF // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
  13. Məmmədov A.S. Hacı Tuti ağa (?–1859) // Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və AMEA Şəki Regional Elmi Mərkəzinin 50 illiyinə həsr edilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev işığında” adlı Beynəlxalq Elmi konfrans (05.12.2023).

“Mədəniyyət” qəzetində dərc olunmuş məqalələri[redaktə | HTML redaktə]

Siyahı
  1. Məmmədov A.S. Şəkinin tanımadığımız məşhuru – Zaman bəy Şeyxəlibəyov : [arx. 15.07.2022] // Mədəniyyət qəzeti. — 2021. — 23 aprel. — Müraciət tarixi: 15.07.2022.
  2. Məmmədov A.S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz : [arx. 15.07.2022] // Mədəniyyət qəzeti. — 2021. — 4 iyun. — Müraciət tarixi: 15.07.2022.
  3. Məmmədov A.S. Şəki Xan məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib : [arx. 10 Jul 2021 - 25 Jul 2021] // Mədəniyyət qəzeti. — 2021. — 9 iyul. — Müraciət tarixi: 15.07.2022.
  4. Məmmədov A.S. Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlova : [arx. 01.10.2021] // Mədəniyyət qəzeti. — 2021. — 1 oktyabr. — Müraciət tarixi: 15.07.2022.
  5. Məmmədov A.S. Bəhram Gurdan Üzeyir Hacıbəyliyə və Bülbülədək uzun sənət yolu : [arx. 26 Nov 2021 - 13 Dec 2021] // Mədəniyyət qəzeti. — 2021. — 26 noyabr. — Müraciət tarixi: 15.07.2022.
  6. Məmmədov A.S. Peşəkar heykəltəraş və həvəskar fotoqraf : [arx. 17.03.2022] // Mədəniyyət qəzeti. — 2022. — 11 mart. — Müraciət tarixi: 15.07.2022.
  7. Məmmədov A.S. Bişkekdə azərbaycanlı heykəltəraşın sərgisi keçirilir : [arx. 07.05.2022] // Mədəniyyət qəzeti. — 2022. — 20 aprel. — Müraciət tarixi: 15.07.2022.
  8. Həsənov R., Məmmədov A. Tarixçi, tərcüməçi və təyyarəçi : [arx. 01.05.2023] : [azərb.] // Mədəniyyət qəzeti. — 2023. — 1 may. — Müraciət tarixi: 01.05.2023.
  9. Məmmədov A. Şəkidə bir rəssam vardı... : [arx. 02.10.2024] // Mədəniyyət qəzeti. — 2024. — 2 oktyabr. — Müraciət tarixi: 02.10.2024.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Siyahı
  • Azərbaycan Jurnalistlər Birliyinin və Avrasiya Fondu Azərbaycan nümayəndəliyinin Diplomu — Avrasiya Fondunun qrantı çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Şəki şəhərində keçirilən və əyalət mətbuatının inkişafına həsr edilmiş treninqlərdə fəal iştirakına görə (10.08.2001);
  • Çubuk Bələdiyyəsi və İldırım Bəyazid Universiteti rəhbərliyinin Təşəkkürnaməsi – Çubuk və Ətrafı Beynəlxalq Simpoziumunda iştirakına görə (10.10.2015);
  • Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı — “İpəkçi” qəzetinin 85 və “Şəkinin səsi” qəzetinin 25 illik yubileyləri münasibətilə media sahəsində səmərəli fəaliyyətinə görə (13.07.2018);
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəki Regional Ərazi Metodiki Mərkəzinin Fəxri fərmanı — Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən həmişə gəncəm” intellektual yarışının qalibi (“Mərkəzim” komandasının tərkibində) olduğuna görə (02.02.2023);
  • AMEA Şəki Regional Elmi Mərkəzinin Sertifikatı — Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 50 illiyinə həsr edilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev işığında” adlı Beynəlxalq Elmi konfransında çıxış etdiyi “Hacı Tuti ağa (?–1859)” adlı məqaləsinə görə (14.12.2023);
  • Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin Fəxri fərmanı — Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilmiş “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasiminin keçirilməsi münasibəti ilə və həmin kitabın iki həmtərtibçisindən biri olaraq Azərbaycanın qədim bölgəsi olan Şəkidə tarixin və mədəniyyətin öyrənilməsi işinə verdiyi töhfələrə görə (18.01.2024);
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki – Zaqatala Regional Mədəniyyət İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin Fəxri fərmanı — 2 Fevral – Gənclər günü münasibəti ilə “Mən həmişə gəncəm – 2” intellektual yarışının qalibi (“Şəki” komandasının tərkibində) olduğuna görə (02.02.2024);
  • MİHİ Şəki Rayon Komitəsinin Fəxri fərmanı — 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə mədəniyyət işçiləri ilə əməkdaşlıq etdiyi üçün (22.07.2024).

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

Heç bir siyasi partiyanın üzvü deyil və heç vaxt da siyasətlə məşğul olmayıb.

2009 – 2017-ci illərdə DMOZ Açıq Kataloqunun azərbaycan, tatar, özbək, türkmən, uyğur, qırğız, başqırd dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan” kateqoriyasının və s. kateqoriyaların redaktoru olub[1].

2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olub, lakin seçilməyib. Bələdiyyə seçkiləri ərəfəsində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyini irəli sürsə də, bələdiyyə seçkiləri ilə bağlı şikayətlərinə baxılmamasını əsas göstərərək namizədliyini irəli sürməyi dayandırıb.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir bir oğlu və bir qızı var. Qızı Səkinə Məmmədova idmanın müxtəlif növləri üzrə Bakı və Azərbaycan çempionatlarında dəfələrlə fərqlənmiş, Azərbaycan qadın milli kabaddi komandasının tərkibində Kabaddi üzrə Dünya Kuboku 2014-də iştirak etmiş, 2019-cu ilin 21 – 23 noyabr tarixləri arasında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında sabiq Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turnirində bürünc medal qazanmışdır.

Şəkillər[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Təbrik edirik // Şəki bələdiyyəsi : qəzet. — 2017. — № 5 (151). — Səh. 16. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 iyul 2022.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Aidiolar[redaktə | HTML redaktə]

  • “Azadlıq” radiosunun “İz” Mədəniyyət proqramı – aparıcısı Sevda İsmayıllı, qonaq Aydın Məmmədov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərargahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be saytı redaksiyasının üzvü Pərvin Mirzəzadə (10.12.2007):
  • İctimai Radionun “Can Azərbaycan” verilişi – aparıcı Pərvanə Nadirqızı və qonaq Aydın Məmmədov (06.07.2022):

Videolar[redaktə | HTML redaktə]