Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mirzə Fətəli Axundov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mirzə Fətəli Axundov
Axundov (Axundzadə) Mirzə Fətəli Məhəmmədtağı oğlu
az-ərəb: میرزا فتحعلی آخوندزاده
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov.
Təxəllüsü Səbuhi
Doğum tarixi ≈ (30 iyun) 12 iyul 1812(1812-07-12)[1]
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Shaki Khanate4.png Şəki xanlığı, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı (26 fevral) 10 mart 1878 (65 yaşında)
Vəfat yeri Tiflis, Tiflis quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Atası Mirzə Məhəmmədtağı
Anası Nanə xanım
Uşaqları Nisə xanım, Rəşid Axundov
Milliyyəti azərbaycanlı
Təhsili Nuxa qəza məktəbi
Fəaliyyət illəri XIX əsr
Əsərlərinin dili azərbaycanca, farsca, ərəbcə
Janr lirika, dramaturgiya
İlk əsəri Zəmanədən şikayət
Mükafatları III dərəcəli Müqəddəs Anna ordeni II dərəcəli Müqəddəs Stanislav ordeni III dərəcəli Müqəddəs Stanislav ordeniМедаль «В память войны 1853—1856»Крест «За службу на Кавказе»II dərəcəli “Şiri-Xurşid” ordeniIII dərəcəli “Şiri-Xurşid” ordeni4-cü dərəcəli “Məcidiə” ordeni
Commons-logo.svg Commonsda da Mirzə Fətəli Axundov ilə əlaqəli mediafayllar var

Mirzə Fətəli Axundov (1812–1878) — Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidin banisi, yazıçı, şair, maarifçi, mütəfəkkir, materialist filosof və ictimai xadim. Rusiya İmperator Coğrafiya cəmiyyətinin üzvü olmuş, öz dövründə zəmanəsinin «müsəlman Molyer»i hesab edilmişdir[2]. Əsərləri 2019-cu ildə Azərbaycanda dövlət varidatı elan olunub[3].

Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı [4]

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

12 iyul (30 iyun) 1812-ci il tarixdə[5] Nuxada (indiki Şəki) anadan olub.

Miqrasiya[redaktə | HTML redaktə]

1814-cu ildə – 3 yaşında, ailəsi ilə birlikdə Nuxa şəhərindən atasının Təbrizin yaxınlığındakı Xamnə kəndində yerləşən ata-baba yurduna köçüb.

1821-ci ildə anası Nanəxanım əri Mirzə Məhəmməd Tağıdan boşanıb və oğlu Fətəli ilə birlikdə İranın Qaradağ mahalındakı Horanid kəndində yaşayan əmisi Axund Ələsgərin himayəsinə sığınıb.

1823-cü ildə Axund Hacı Ələsgərlə İranın Elənqut mahalının Vəlibəyli kəndinə,

1825-ci ildə Gəncəyə,

1826-ci ildə Nuxaya köçüblər.

1834-cü ildən ömrünün sonunadək Tiflisdə yaşayıb.

Təhsili[redaktə | HTML redaktə]

1832-ci ildə Gəncəyə gedib, şair və müəllim Mirzə Şəfi Vazehdən nəstəliq xəttilə yazmağı öyrənib.

1833-cü ildə, 21 yaşında ikən, Nuxada açılan rus-tatar məktəbinə daxil olub və cəmi bir il həmin məktəbdə təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1834-cü ildə Tiflisə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

1836-cı ildə Qafqaz idarəsinin baş dəftərxanasında işləməklə bərabər, Tiflis qəza məktəbinə azərbaycan dili müəllimi təyin edilib.

1858-ci ildə Qafqaz canişini dəftərxanasının yenidən təşkili ilə əlaqədar olaraq, yenidən canişin baş idarəsinin mütərcimi təyin olunub.

1872-ci ildə Qafqaz Canişini Baş İdarəsinin sərəncamı ilə Şərq dilləri üzrə senzor vəzifəsinə təyin edilib.

Ədəbi-yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

1837-cü ildə rus şairi A.S.Puşkinin xatirəsinə həsr etdiyi “Puşkinin ölümü haqqında Şərq poeması”nı,

1841-ci ildə “Təcnis”, “Təcnisi-digər”, “Molla Əli” (həcv) və “Müxəmməs” sərlövhəli şeirlərini yazıb.

1850-ci ildə “Hekayəti-Molla İbrahim Xəlil kimyagər”, “Hekayəti-Müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Sərgüzəşti vəziri-xani-Lənkəran” komediyalarını yazıb.

1851-ci ildə “Hekayəti-Müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur” komediyası ilk dəfə Tiflisdə “Kavkaz” qəzetində rus dilində hissə-hissə çap olunub, komediya ilk dəfə Peterburqda rus dilində oynanılıb.

1852-ci ildə “Hekayəti-xırs quldurbasan” və “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) komediyalarını yazıb. Yanvar ayının 31-də “Hekayəti–xırs quldurbasan” komediyası Tiflis teatrında rus dilində oynanılıb.

1855-ci ildə “Mürafiə vəkillərinin hekayəti” komediyasını,

1857-ci ildə “Aldanmış kəvakib” povestini yazıb.

1859-cu ildə komediyalarını və “Aldanmış kəvakib” povestini “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirib.

1863 – 1864-cü illərdə İstanbulda olmuş (tərtib etdiyi əlifbanın dəstəklənməsi üçün), Mirzə Məlküm xan ilə görüşmüş, “Çeşmə kitabəsi”, “Səidə xitab”, “Fuad Paşanın mədhi” adlı mənzumələri və “Kəmalüddövlə məktubları” adlı məşhur fəlsəfi əsərini yazmışdır.

1865-ci ildə “Həcvi-Əbdürrəsülxan” adlı əsərini,

1868-ci ildə “Həkimi-ingilis Yuma cavab” adlı əsərini,

1869-ci ildə “Yeni əlifba haqqında mənzumə” adlı əsərini yazıb.

1873-cü ildə “Hekayəti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” pyesləri Bakıda tamaşaya qoyulub.

Elmi-yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

1851-ci ildə İmperator Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə həqiqi üzv seçilib.

1874-cü ildə Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən cədvəl düzəltmişdir.

Mülki və hərbi rütbələri[redaktə | HTML redaktə]

1842-ci ildə mülki praporşik,

1850-ci ildə poruçik,

1854-cü ildə kapitan,

1861-ci ildə mayor,

1873-cü ildə polkovnik.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

10 mart (26 fevral) 1878-ci il tarixdə – 65 yaşında, Tiflisdə vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

1842-ci ildə anasının əmisi Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş, ondan 13 övladı dünyaya gəlmiş, onlardan yalnız ikisi, bir oğlu Rəşid və bir qızı Nisə sağ qalmış, qalanları isə Mirzə Fətəlinin sağlığında ikən vəfat etmişlər.

Xatirəsi[redaktə | HTML redaktə]

1930-ci ildə Bakıda M.F.Axundovun adını daşıyan bağçada heykəli qoyulub (heykəltəraş P.Sabsay).

1938-ci ildə - Azərbaycan SSR XKS M.F.Axundovun anadan olmasının 125 illiyini keçirmək barəsində qərar qəbul edib.

1939-cu ildə Azərbaycan Dövlət Ümumi Kitabxanasına (hazırda M.F.Axunov adına Milli Kitabxana) adı verilib.

1940-cı ildə Nuxada ev-muzeyi açılıb.

1962-cı ildə anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə keçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur. Eyni ildə M.F.Axundov adına Kitabxanada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulub.

1965-ci ildə M.F.Axundov adına üç Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilib.

1982-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə M.F.Axundovun anadan olmasının 170 illiyi keçirilib.

1983-cü ildə Tbilisidə M.F.Axundovun ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə M.F.Axundovun əsərlərinin 3 cildliyi nəşr olunub.

2007-ci ildə Tbilisi şəhərində yerləşən ev-muzeyi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi adı ilə fəaliyyət göstərməyə başlayıb.

2010-cu ildə Mirzə Fətəli Axundovun 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzalayıb.

2011-cü ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə Tbilisidə M.F.Axundovun adını daşıyan 73 saylı azərbaycan orta məktəbinin binası qarşısında büstü qoyulub.

2012-ci ildə Azərbaycan Respublikasının müxtəlif yerlərində, o cümlədən, anadan olduğu Şəki şəhərində, M.F.Axundovun 200 illik yubileyi təntənəli şəkildə qeyd olunub, haqqında “Sübhün səfiri” adlı yeni film çəkilib. Həmçinin, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası(ru) qarşısında heykəli qoyulub.

Əsərləri[redaktə | HTML redaktə]

Poema:

Pyeslər:

Satirik povest:

Məqalələr:

Filmoqrafiya[redaktə | HTML redaktə]

Əsər müəllifi kimi

Haqqında çəkilən filmlər

İstinadlar və qeydlər[redaktə | HTML redaktə]

  1. Anadan olduğu tarix mübahisəlidir; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu hesab edir ki, M.F.Axundov 1811-ci ildə anadan olub (Şamıoğlu Ş.,).
  2. Крымский А. Е. Тюркские литературы // Энциклопедический словарь Гранат. — М., 1927. — 41, Ч.X  cild. — Səh.: 365.
  3. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. http://www.e-qanun.az/. e-qanun.az (7 may 2019-cu il). Arxivləşdirilib (11 iyul 2021).
  4. Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
  5. Anadan olduğu tarix mübahisəlidir; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu hesab edir ki, M.F.Axundov 1811-ci ildə anadan olub (Şamıoğlu Ş.,).
  6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Mirzə Fətəli Axundov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I  cild. — Səhifələrin sayı:  648. — Səh.: 496-499. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Fətəli Axundov Mirzə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 47-50. — 1.000 nüsx.
  3. Mirzə Fətəli Axundzadə – 200 / Kərim Tahirov. — Bakı, 2012. — Səhifələrin sayı:  360. — ISBN 978-9952-460-09-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 Nov 2012 - 6 Dec 2019.
  4. Şamıoğlu Ş. Bir daha M.F.Axundzadənin doğum və ölüm tarixləri barədə // Şərqin səsi : qəzet. — 2014. — В. oktyabr. — № 68 (298). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 Feb 2017 - 20 Sep 2020.
  5. Orsər R. Mirzə Fətəli Axundzadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 83-87. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  6. Axundzadə (Axundov) Mirzə Fətəli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 224-226. — ISBN 978-9952-441-02-4.

Xarici keçidlər[redaktə | HTML redaktə]

Vikianbarda Mirzə Fətəli Axundov ilə əlaqəli mediafayllar var.