Tofiq Ağahüseynov
Tofiq Ağahüseynov | |
---|---|
Ağahüseynov Tofiq Yaqub oğlu | |
Tofiq Ağahüseynov. | |
Doğum tarixi | 1 fevral 1923 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 13 may 2021 (98 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Bakı Zenit Artilleriya Məktəbi (1941–1942) • Dzerjinski adına Hərbi Akademiyaya (1949–1953) • Hərbi Artilleriya Akademiyası (1953–1954) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1941–1987, 1997–2002 |
Rütbə | |
Komandanlıq edib |
zenit-raket polku, HHM 10-cu diviziya, HHM 12-ci korpus, HHM Zaqafqaziya hərbi dairəsi |
Döyüşlər | Böyük Vətən müharibəsi |
Təltifləri |
Tofiq Ağahüseynov (1923–2021) — görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik. Sovet dövründə general-polkovnik rütbəsi almış yeganə azərbaycanlı olub.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1 fevral 1923-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 1930-cu ildə – yeddi yaşında olarkən, ailəvi Bakıya köçüblər.
Təhsili[redaktə | HTML redaktə]
1941 – 1942-ci illərdə Bakı Zenit Artilleriya Məktəbində,
1949 – 1953-cü illərdə Dzerjinski adına Hərbi Akademiyada,
1953 – 1954-ci illərdə isə Hərbi Artilleriya Akademiyasında təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsində (1941 – 1945) Birinci Belorusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir.
Vəzifələri[redaktə | HTML redaktə]
- 1942 — Tağım komandiri, Arxangelsk vilayəti;
- 1943 — Zenit artilleriyasının batareya komandiri, Arxangelsk vilayəti;
- 1944 — Əlahiddə Zenit-artilleriya divizionu qərargah rəisinin köməkçisi, Polşa, Almaniya;
- 1946 – 1949 — Zenit batareyası komandirinin müavini, Bakı;
- 1949 – 1953 — Dzerjiniski adına hərbi akademiyanın dinləyicisi, Moskva;
- 1953 – 1954 — Hərbi komandirlik artilleriya akademiyasının dinləyicisi, Leninqrad;
- 1954 – 1955 — Zenit artilleriya divizionunun komandiri, Bakı;
- 1955 – 1957 — HM Bakı dairəsi artilleriya qərargahının baş zabiti, Bakı;
- 1957 – 1960 — Zenit-artilleriya alayı komandirinin müavini, Bakı;
- 1960 – 1964 — Zenit-raket alayının komandiri, Bakı;
- 1964 – 1967 — HHM 10-cu diviziyasının komandir müavini, Volqoqrad;
- 1967 – 1969 — HHM 10-cu diviziyasının komandiri, Volqoqrad;
- 1969 – 1975 — HHM 12-ci korpusunun komandir müavini, Rostov-Don;
- 1975 – 1980 — HHM Bakı dairəsi qoşunları komandanının birinci müavini, Bakı;
- 1980 – 1982 — Zaqafqaziya Hərbi Dairəsi HHM komandanı, Tbilisi;
- 1982 – 1987 — Varşava müqaviləsi dövlətləri Birləşmiş Silahlı Qüvvələri komandanının CSSR HHM komandanı yanında nümayəndəsi, Praqa;
- 1987 – 1997 — hərbi xidmətdən tərxis olunub;
- 1997 – 2002 — Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Bakı;
- 2002 — hərbi xidmətdən tərxis olunub.
Rütbələri[redaktə | HTML redaktə]
- Leytenant (1942);
- Mayor (1954);
- Podpolkovnik (1956);
- Polkovnik (1960);
- General-mayor (1968);
- General-leytenant (1972);
- General-polkovnik (6 may 1980).
Vəfatı[redaktə | HTML redaktə]
13 may 2021-ci il tarixdə – 98 yaşında, Bakıda vəfat edib. Həmin gün İkinci Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Ağahüseynov Tofiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 29-30. — 1.000 nüsx.
- Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464 – 472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Ağahüseynov Tofiq Yaqub oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 160. — ISBN 978-9952-441-02-4.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Əmircanovların nəsil şəcərəsi [redaktə | HTML redaktə]
Abdulla bəy Əmircan bəy oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mustafa ağa Şəkixanov | Əliəşrəf bəy | Əliəkbər bəy | Süleyman bəy | Dostuxanım | Əliəsgər bəy | Qafar bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bala bəy Əlibəyov | Fatma xanım | Şirəli bəy | Lütfəli bəy | Firuzə | Cavad bəy | Nazəli | Vahid bəy | Nəsrulla bəy | Rüstəm bəy | Sitarə | Möhsün bəy | Yusif | Abdulla | Musa | Əzizə | Hacı bəy | Abbas bəy | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət xanım | Əbdüləli bəy | Lütfəli bəy | Haşım bəy | Bilqeyis xanım | Dilaram xanım | Xanım xanım | Əliyə | Dostan | Rübabə | Pərviz | Xosrov | Allahyar Əmircanov | Hüsniyyə Ağahüseynova | Səkinə | Əliyar Əmircanov | Yaqub Ağahüseynov | Hökumə Əmircanova | Zivər Dadanova | Cavahir İbrahimova | İsmət Əmircanova | Şövkət Əmircanova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüstəm | Belma | Fuad | Məhəmməd | Valiyə | Ziyad Ebüzziya | Məryəm | Emil Qurr | Rəşid | Murad | Zemfira | Fərid | Tofiq Ağahüseynov | Rəhim Ağahüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tülin | Talha | Alev Ebuzziya-Siesbye | Sevil Axundova | Elmira Ağahüseynova | Leyla Ağahüseynova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[redaktə | HTML redaktə]
Hacı bəy Əmircanov (?–?).
Əbdüləli bəy Əmircanov (1874–1948).
Haşım bəy Əmircanov (1879–1918)
Əliyar Əmircanov (1897–+1945).
Alevin uşaqlıq şəkli, qardaşı Talha, atası və anası.
Tofiq Ağahüseynov (1923–2021).
Fərid Əliyar oğlu Əmircanov (1935–1986).
Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova. Şəkli Ə.Tahirzadə çəkib, 29 may 2014-cü il.
Nəsil şəcərəsinnin mənbələri[redaktə | HTML redaktə]
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
- Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
- Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
- Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
- Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1923-cü ildə doğulanlar
- 1 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 13 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin general-polkovnikləri
- "Qırmızı Ulduz" ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər
- "Berlinin alınmasına görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə