Arif Abdullazadə
Arif Abdullazadə | |
---|---|
Abdullazadə Arif Əbdürrəhman oğlu | |
Arif Abdullazadə, 1978-ci il. | |
Doğum tarixi | 5 aprel 1940 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 31 may 2002 (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | Şəki, |
Atası | Əbdürəhman Abdullayev |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
İxtisası | filoloq |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1956–1961) |
İlk əsəri | “Arzular” şeirlər kitabı (Bakı: Azərnəşr, 1964, 143 səh.) |
Elmi dərəcəsi | filologiya elmlər doktoru |
Elmi adı | professor |
facebook səhifəsi |
Arif Abdullazadə (1940–2002) — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, XX əsr Azərbaycan ədəbiyyatının “60-cı illər nəsli”nə mənsub şairlərdən biri, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin sədri, AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 aprel 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1956-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1956 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1961 – 1962-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində redaktor-mütəxəssis vəzifəsində işləyib.
1962 – 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi,
1966 – 1977-cı illərdə böyük elmi işçi,
1977 – 1993-cü illərdə aparıcı elmi işçi olub.
1993 – 2002-ci illərdə isə AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1966-cı ildə akademik Məmməd Arifin rəhbərliyi ilə “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını,
1977-ci ildə “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1996-cı ildə professor elmi adını alıb.
XX əsr Azərbaycan ədəbiyyatının müxtəlif janr və sahələri üzrə 6 monoqrafiya, yüzə qədər elmi və publisistik məqalənin müəllifidir.
Çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının V cildinin məsul redaktoru və əsas müəlliflərindən biri olub.
Poeziyanın müxtəlif problemlərinə həsr etdiyi “Novatorluq və üslub” (Bakı, 1976), “Şairlər və yollar” (Bakı, 1984), “Şair Cəfər Cabbarlı” (Bakı, 1989), “Od nə çəkdi” (Bakı, 1999) monoqrafiyaları çap olunub.
Müxtəlif illərdə forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.
Çoxsaylı namizədlik dissertasiyalarına rəhbərlik edib, doktorluq dissertasiyalarına elmi məsləhətçi olub və opponentlik edib.
- Arzular, Bakı: Azərnəşr, 1964, 143 səh.
- Könüllərin dünyası. Bakı: Azərnəşr, 1966, 183 səh.
- Hər yerdə, hər zaman. Bakı: Azərnəşr, 1969, 72 səh.
- Ana dünyamız. Bakı: Azərnəşr, 1975, 74 səh.
- Sevin Azərbaycanı. Bakı: Gənclik, 1979, 104 səh.
- Всегда и всюду (Moskva, 1976),
- Səninlə sənsiz. Bakı: Yazıçı, 1983, 136 səh.
- Свет Абшерона (Mockva, 1986),
- Bəxtimizin kitabı. Bakı: Yazıçı, 1988, 240 səh.
- Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 334 səh.
- Ulu Qorqud (1999),
- Tövbə duaları. Bakı:Çaşıoğlu, 2003, 357 səh.
- Bir ovuc torpaq (roman). Bakı: Gənclik, 1982, 287 səh.
- Duyum (roman). Bakı: Gənclik, 1986, 336 səh.
- “Sınaq Kürrəsi” (“Azərbaycan” jurnalı, № 3, 4. 2000.),
- Qanlı yaddaş. Bakı: Elm və təhsil, 2010, 398 səh.
- “Evlərin axşamları”
- “Aqillər”
Mükafatları[redaktə | HTML redaktə]
Rəsul Rza adına mükafat, ədəbi-elmi fəaliyyətinə görə.
Vəfatı[redaktə | HTML redaktə]
31 may 2002-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
Xatirəsi[redaktə | HTML redaktə]
2003-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Şəkidəki bir küçəyə adı verilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Abdullazadə Arif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 18. — 1.000 nüsx.
- Orsər R. Arif Abdullazadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 433-436. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Abdullazadə Arif Əbdürrəhman oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 40. — ISBN 978-9952-441-02-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış alimlər
- 1940-cı ildə doğulanlar
- 5 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 31 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə