Üçmüqəddəs kilsəsi (Nuxa)
Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş iki pravoslav kilsəsindən biri[qeyd 1]. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır[2] və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
Tarixi abidə | ||
Üçmüqəddəs kilsəsi rus.: Нухинская трехсвятительская церковь | ||
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il. | ||
Ölkə | Azərbaycan | |
Şəhər | Şəki | |
Arxitektura üslubu | Toskan ordeni | |
İlk xatırlanma | 1846 | |
Təməlinin qoyulması tarixi |
XVIII-XIX əsrlər[1]; XIX əsr[2][3] | |
Status | muzey | |
Material | rakovist və yonulmuş çay daşı, kərpic | |
| ||
Koordinatlar | 41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E 41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E | |
Commonsda da Üçmüqəddəs kilsəsi ilə əlaqəli mediafayllar var |
1851-ci ildən 1916-cı ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub
.Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər.
Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib[4].
Tarixi
1846-cı ilin “Kafkaz” qəzetində Nuxa şəhərindəki qalada rakovist daşlardan tikilmiş Toskan ordeni(ru) arxitekturası üslubundа gözəl bir pravoslav kilsəsinin mövcud olması barədə məlumat gedib[5]. Rus etnoqrafı İosif Seqal isə 1902-ci ildə çap olunmuş kitabında bu kilsənin 1828-ci ildə fəaliyyətə başladığını göstərir; İosif Seqala görə 1828-ci ildən əvvəl həmin kilsənin binası xanın məscidi olubmuş və qeyd edilən ildə ruslar həmin məscidi kilsəyə çeviriblərmiş[6]. Lakin 1819-cu ildə tərtib edilmiş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raportda indiki Xan sarayının və ətrafındakı tikililərin vəziyyəti təsvir edilərkən, kilsənin koordinatına uyğun olan yerdə hansısa tikilinin olması barədə heç bir qeydə yer verilməyib[qeyd 2].
1852-ci il mənbəsində Nuxa şəhərində bir pravoslav kilsəsinin olması və həmin kilsədə bir keşişin və iki kilsə xidmətçisinin fəaliyyət göstərməsi qeyd olunub[7].
Keşişlərin siyahısı, digər kilsə xidmətçiləri və aid olduğu yeparxiya
- Yevstafi Xusiyev, 1851 – 1867;
- Semyon Begiyev, 1868 – 1876;
- İrodion Nanobov, 1877 – 1884;
- Vasili Karbelov, 1885 – 1887;
- Canayev, 1888 – 1889;
- David Utiyev, 1890 – ən tezi 1916.
1894 – 1896-cı illər üçün kilsədə zəbur oxuyanın (rus.: псаломщик) adı Qavriil Peçenski idi.
Kilsə 1905-ci ildə Gürcüstan yeparxiyasının tabeçiliyində olub[8].
Kilsə binasının memarlıq xüsusiyyətləri
Kilsə binası əvvəl rakovist daşlar ilə Toskan ordeni arxitekturası üslubunda dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən yonulmuş çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1846 – 1853-cü illər arasında baş vermişdir. Belə ki 1846-ci ilin “Kafkaz” qəzetində kilsə binasının Toskan ordeni arxitekturası üslubunda, rakovist daşlardan tikilməsi barədə məlumat verilirsə, qalanın 1853-cü il planında kilsə binası artıq xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir.
Kilsə binasının ilkin təyinatı ilə bağlı iddialar və ehtimallar
XX əsrin ortalarında mütəxəssislər Nuxadakı qala ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha sahəni əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir[9], baxmayaraq ki, 1853-cü ildən indiyə qədər qalada heç bir məscid yoxdur. Görünür, burada daha köhnə hesab edilmiş məscid deyildikdə sabiq Üçmüqəddəs kilsəsinin binası nəzərdə tutulmuşdur. Səbəb isə bu ola bilər ki, İosif Seqalın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında iddia edilmişdir ki, ruslar 1828-ci ildə xanın qaladakı məscidini pravoslav kilsəsinə çevirmişlər[6][10].
Bəzi tədqiqatçılar kilsə binasını Qafqaz Albaniyası dövrünə – V-VI əsrlərə, aid etməyə çalışıblar[11].
Məlum olduğu kimi, kilsənin yerləşdiyi qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda ərəb əlifbası ilə “Məhəmməd... (xan)” kimi oxunur[12]. Ehtimallar irəli sürülüb ki, bu oxunuşda kilsə binası ilkin dairəvi görkəmi ilə “Nun” hərfinin nöqtəsi ola bilər; başqa sözlə, kilsə binası “Nun” hərfinin nöqtəsi olaraq tikilmişdir[13].
Kilsə binasının şərq tərəfindəki ərazi
Rusiya İmperiyası dövründə Nuxada vəfat etmiş bir-neçə yüksək çinli rus məmurunun qəbri hal-hazırda kilsənin şərq tərəfindəki torpaq sahəsindədir. Mümkündür ki həmin ərazi ruslara məxsus qəbiristanlıq olmuş və orada daha çox sayda rus məmuru, rus hərbi qulluqçusu dəfn edilmişdir.
Qeydlər
- ↑ Aleksey Yermolov Qafqaz canişini olarkən (1816 – 1827) Vartaşen kəndində pravoslav udinlər üçün kilsə tikdirmişdir (Кавказ, 1853, с. 263-266). O dövrün statistik məlumatlarında Nuxa qəzasında yalnız 1 pravoslav kilsəsin olması qeyd edilir Lakin nəzərə almaq lazımdır ki, həmin dövrlərdə qəza mərkəzinin statistik göstəriciləri ənənəvi olaraq ayrıca verilirdi.
- ↑
Raportda Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilir, amma 2X2 m ölçülü həmin kiçik kilsə, Məhəmmədhəsən xanın evinin içində olmuşdur və XX əsrin 90-cı illərinə qədər orada kiçik bir kilsə vardı və rusların kilsəyə çevirdikləri məscidə bu daha çox uyğun gəlir. Üçmüqəddəs kilsəsi isə oradan azı 50 metr cənubdadır.
Raportda qaladakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra həm də qeyd edilib ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyd qalada mövcud olan tikililərdən bəzilərinin raportda göstərilmədiyinə bir işarədir və bu səbəbdən də Üçmüqəddəs kilsəsi binasının 1819-cu ildə mövcud olub-olmamasını həmin sənəd əsasında dəqiqləşdirmək də mümkün deyil (Описание Шекинской провинции, 1866).
- ↑ Bu şəkil 1988-cı ildə çap olunmuş kitabdan götürülmüşdür; kitabın müəllifləri Üçmüqəddəs kilsəsini "məscid" (№2) adıyla işarələyiblər.
İstinadlar
- ↑ ASE, 1987, s. 500.
- ↑ 2,0 2,1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2001.
- ↑ Гаджиева C. Х., 2012.
- ↑ Кавказский календарь, 1911.
- ↑ (Нуха, 1846, сс. 95-96)Orijinal mətn (rus.)
...Православная церковь из раковистого камня, красивой архитектуры Тосканского ордена;
- ↑ 6,0 6,1 Сегаль, 1902.
- ↑ Кавказский календарь, 1852.
- ↑ Церковныя вѣдомости, 1905.
- ↑ Дадашев С. А., Усейнов М. А., 1948.
- ↑ Rəşid bəy Əfəndiyev, 1925.
- ↑ Мамедова Г. Г., 2004.
- ↑ Firudin bəy Köçərli., 2005, s. 397.
- ↑ Məmmədov A. S., 2016, s. 4.
Ədəbiyyat
- Şəki // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 500. — 80.000 nüsx.
- Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında . e-qanun.az (2 avqust 2001). Müraciət tarixi: 25 aprel 2015. Arxivləşdirilib (8 dekabr 2015).
- Гаджиева C. Х. Дворцовые сооружения города Шеки // Архитектура и современные информационные технологии. — Баку, 2012. — № 3 (20). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 sentyabr 2016.
- А. С. Об удинах, обитающих в Нухинском уезде Шемахинской губернии // Кавказ. — Тифлис, 1853. — № 61.
- Метеорологический отдел // Кавказский календарь. — Тифлис, 1911. — С. 106.
- Нуха // Кавказ. — Тифлис, 1846. — № 24.
- Сегаль И. Л. Елисаветпольская губернии. Впечатления и воспоминания. — Тифлис, 1902. — С. 15.
- Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866.
- III Перечен/Церкви: // Кавказский календарь. — Тифлис, 1852. — С. 106.
- Церковныя Вѣдомости // При Святѣйшемъ Правительствующему Сунодѣ. — С.-Петербург: Сѵнодальная Типографія, 1905. — С. 175. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 sentyabr 2019.
- Дадашев С. А., Усейнов М. А. Архитектура Азербайджана. — М.: Академии архитектуры СССР, 1948. — С. 21.
- Əfəndiyev R.b. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında. — Bakı, 1925. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 iyul 2012.
- Мамедова Г. Г. Зодчество Кавказской Албании. — Баку: Casioglu, 2004. — ISBN 9952-27-021-6.
- Firudin bəy Köçərli. Mirzə Fətəli Axundov // Azərbaycan ədəbiyyatı. — Bakı: Avrasiya-Press, 2005. — I cild. — Səh.: 397.
- Məmmədov A. S. Üç-Müqəddəs kilsəsi // Şəkinin səsi. — 2016. — № 1 (441). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 mart 2019.
- Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 4 iyun. — № 41 (1818). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 iyun 2021.
- Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz . https://medeniyyet.az/. “Mədəniyyət” qəzeti (04-06-2021). Arxivləşdirilib (5 iyun 2021).
Həmçinin bax
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |