Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:23, 16 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vüqar Kərimov
  • 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.


Perviz Abbasov
  • 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub, daha əvvəl — 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.


Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
  • 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Asger Xalilov.jpg
  • 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.


Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.


Süleyman Süleymanlı
  • Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Süleyman Süleymanlı uğurlu nəticələrinə görə cəmi 9 yaşında FİDE Ustalığa namizədi normasını yerinə yetirmişdir. O, həm də məktəblilərin şahmat üzrə 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısıdır.


Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.


“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır. 1960-cı ildə Albert Mustafayev Aslan Rüstəmov və Qorxmaz Sücaəddinov bu kompozisiyanın maketitini birlikdə işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim ediblər.
Şablondan istifadə təlimatı[yarat]