Allahyar Əhmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Allahyar Əhmədov
Əhmədov Allahyar Ramazan oğlu
Allahyar Əhmədov
Allahyar Əhmədov.
Doğum tarixi 1896(1896-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 10 fevral 1980 (84 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Uşaqları Nəhayət Əhmədova, Azad Əhmədov
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Ulduz" ordeni

Allahyar Əhmədov (1896–1980) — sovet dövründə Şəkidə tanınmış partiya və dövlət məmuru olmuş şəxs. Müxtəlif illərdə Şəki qəza icraiyyə komitəsi sədri, Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri, V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi və s. məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1896-cı ildə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

12 yaşından Nuxadakı ipək fabriklərində işləyib.

1923 – 1930-cu illərdə bir sıra məsul vəzifələrdə çalışıb; o cümlədən, zavod komitəsinin sədri, toxucular ittifaqının sədri, pedaqoji məktəbdə direktor müavini, xalq hakimi, prokuror köməkçisi, Şəki qəza İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olub.

1942 – 1946-cı illərdə Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri, daha sonra Nuxa kolxoz bazarının müdiri və on il V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi vəzifəsində çalışıb.

1967-ci ildən Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.

İctimai-siyasi fəallığı[Vizual redaktə | HTML redaktə]

1917 – 1920-ci illərdə Nuxa fəhlə tətillərinin fəal iştirakçısı və təşkilatçısı olub.

1920-ci ildən kommunist partiyasının üzvü olub.

1940-cı ildə Zəhmətkeş deputatlarının Nuxa şəhər Sovetinə deputat seçilib.

4 mart 1940-cı il tarixdə keçirilmiş Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenumunda şəhər komitəsinin plenumun üzvüyünə namizəd seçilib.

1957-ci ildə1959-u ildə Nuxa şəhər Sovetinə deputat seçilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

10 fevral 1980-cı il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Zəhmətkeş deputatlarının Nuxa şəhər sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
  2. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  3. A.R.Əhmədov (nekroloq) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —20 fevral  c. — № 5 – 6 (1363). — Səh. 3.
  4. Məmmədov Ə., Xalıqov F. Əhmədov Allahyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 185. — 1.000 nüsx.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]