Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyasına xoş gəlmisiniz!
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Hal-hazırda burada 1.184 yoxlanılmış məqalə var.

Təqvimin bu günü — mayın 11-i

♦ Anadan olanlar (4)  ♦ Vəfat edənlər (0)

Elman Mustafayev

11 may

  • Coğrafiyaşünas-pedaqoq və rəhbər kadr Elman Mustafayev 11 may 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Şəkidə bir sıra məsul vəzifələrdə çalışmış, o cümlədən, 1991-ci ilin avqust – sentyabr aylarında Azərbaycan KP Şəki şəhər komitəsinin katibi və büro üzvü olmuşdur. 2000 – 2018-ci illərdə isə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən əmək təqaüdündədir.

Şəkil: Elman Mustafayev, 29 avqust 2018-ci il.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Zaman bəy Şeyxəlibəyov

Zaman bəy Şeyxəlibəyov.

Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının dövlət müşaviri(ru) (rus.: статский советник) mülki rütbəsinə malik olmuşdur, hansı ki bu mülki rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı şərti hərbi rütbəyə uyğun idi...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni xəbərlər əsasında

Bilirsinizmi?

Zərinə Cavadova.jpg
  • 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.

Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.

Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg

İlqar Mahmudov1.jpg
  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

Məhəmmədhüseyn xan2.jpg
  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

Mayın 12-də anadan olanlar (3) Mayın 12-də vəfat edənlər (1) Mayda anadan olanlar (70) Mayda vəfat edənlər (39) Şəxslər ad sırası ilə (935) Şəxslər familiya sırası ilə (912) Mənbələr (24) Tarixi materiallar (30) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (143) Dövlət xadimləri (47) Alimlər (273) Hərbçilər (131) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (315) Jurnalistlər (66) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56)

Facebook qrupumuz Facebook səhifəmiz

Məqalə yarat Maliyyə dəstəyi