Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:46, 1 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Hal-hazırda ensiklopediyada 709 məqalə var.

Yeni məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Ceyhun Əfəndi

Ceyhun Əfəndi, 2013-cü il

Ceyhun Əfəndi – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir. 2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...

Seçilmiş məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Şəki qəzası

Şəki qəzası, 1928-ci il.

Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi yarıbayarı kiçildilmişdir...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Təqvimin bu günü — 18 apreldə

Anadan olanlar (1)  Vəfat edənlər (0)

Refik Samet

18 aprel

  • İnformatika elmləri namizədi, professor, Ankara Universitetinin mühəndislik fakültəsinin kompüter mühəndisliyi kafedrasının müdiri Refik Samet (Səmədov Rafiq Yaqub oğlu) 18 aprel 1960-ci il tarixdə Nuxa rayonunun (indiki Şəki rayonu) Baş Göynük kəndində anadan olub.

Şəkil: Refik Samet.

Yeni materiallar əsasında

Bilirsinizmi?

Qalib Rüstəmov
  • 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.

Qüdrət Məmmədov

Fərid Əlibalayev
  • 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini Naqi Məhəmmədzadə ilə birlikdə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində dijitallaşdırılaraq internetə tam yerləşdirdiklərini bəyan edib.

Sadıq Murtuzayev
  • 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.

Rəhman Hümmətov.jpg
  • 3 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rəhman Hümmətovu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin edib. Rəhman Hümmətov 1977-ci ildə Şəkidə anadan olmuşdur.

Albert Mustafayev3.jpg

Ələfsər Məmmədov2.jpg
  • 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.


  • Dinarə Əliyeva.jpg
    Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018)...
  • Ceyhun Əfəndiyev.jpg
    'Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir...
  • Fərrux Yusifov.jpg
    Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru...
  • Tələt Qasımov.jpg
    Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Bəxtiyar Məmmədov1.jpg
    Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır...
  • Zaman bəy Şıxəlibəyov.jpg
    Zaman bəy Şixəlibəyov (1838 – 1904) — Rusiya İmperiyasında dövlət müşaviri(ru) (rus.: статский советник), tərcüməçi və diplomat.
Şəki Ensiklopediyasının ən yeni məqalələrindən 6 nümunə
  • Albert Mustafayev12.jpg
    Albert Mustafayev — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Round temple.JPG
    Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi...
  • Perviz Abbasov.jpg
    Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının dosenti, Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın direktoru.
  • Şəki qəzası1928.png
    Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Şəki xan sarayı.jpg
    Məhəmmədhəsən xan divanxanası (Şəki xan sarayı) — Şəkidə – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində beynəlxalq əhəmiyyətli tarixi mədəniyyət abidəsi, Şəki xanlığının keçmiş divanxanası, hal-hazırda muzey kimi fəalliyyət göstərir...
  • Şəki xanları və xanzadələri.jpg
    Səlim xan (?–1826) — 1795–1797 və 1805–1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
Şəki Ensiklopediyasının ən çox oxunan 6 məqaləsi
19 apreldə anadan olanlar (1) 19 apreldə vəfat edənlər (1) Apreldə anadan olanlar (36) Apreldə vəfat edənlər (18) Şəxslər ad sırası ilə (533) Şəxslər familiya sırası ilə (497) Mənbələr (2) Müəlliflər (8) Şəki xanları və s. (9) Görkəmli şəxslər (106) Dövlət xadimləri (40) Alimlər (147)Hərbçilər (42) Yazıçılar (42) Rəssamlar (38) Həkimlər (17) Musiqiçilər (40) Aktyorlar (19) Pedaqoqlar (121) Jurnalistlər (40)