Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:52, 19 aprel 2022 tarixli dəyişiklik
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Cəmi 1.203, yoxlanılmış 1.183 məqalə.

Təqvimin bu günü — 8 mayda

Anadan olanlar (2)  Vəfat edənlər (1)

Məmməd Hacıyev

8 may

  • Tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa şəhər xəstəxanasının baş həkimi Məmməd Hacıyev (1890–1954) 8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1903–1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında, 1911–1916-cı illərdə isə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.

Şəkil: Məmməd Hacıyev.

Yeni materiallar əsasında

Bilirsinizmi?

Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.

Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg

İlqar Mahmudov1.jpg
  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

Məhəmmədhüseyn xan2.jpg
  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

Yeni məqalələrdən... (4 xülasə, ixtiyari dəyişir)

Elçin Nəbiyev

Elçin Nəbiyev.

Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı. Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndindən, anası Bahar isə Gəncədən idi. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar. Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə...

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Səlim xan

Şəki xanları, yaxud xanzadələri (şərti), – Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.

Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu xanlığın ərazisindən qovmuş, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


9 mayda anadan olanlar (1) 9 mayda vəfat edənlər (2) Mayda anadan olanlar (69) Mayda vəfat edənlər (38) Şəxslər ad sırası ilə (934) Şəxslər familiya sırası ilə (911) Mənbələr (24) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (143) Dövlət xadimləri (47) Alimlər (273) Hərbçilər (131) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (315) Jurnalistlər (66)Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) 

Facebook qrupumuz Facebook səhifəmiz Maliyyə dəstəyi