Ana səhifə
♦ Anadan olanlar (5) ♦ Vəfat edənlər (0)
22 mart
- Alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent Loğman Əbdülkərimli 22 mart 1939-cu il tarixdə Nuxa rayonunun Baş Küngüt kəndində anadan olub. O, 1969-cu ildən Azərbaycan Pedaqoji İnstitutunda işləyir, o cümlədən, 1992–2000-ci illərdə bu institutun cəbr və həndəsə kafedrasının müdiri olub.
Şəkil: Loğman Əbdülkərimli, 2019-cu il.
Əsgər Xəlilov
Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. 1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975 – 1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
- 14 mart 2023-cü il tarixdə Aqaəli Cəlilov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru idi.
- 1 mart 2023-cü il tarixdə memarlıq üzrə elmlər doktoru Səbinə Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
- 2 fevral 2023-cü il tarixdə “Gənclər Günü” münasibəti ilə Şəki Dövlət Rəsm Qalereyasında Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusovun fərdi sərgisi açılıb.
- 31 yanvar 2023-cü il tarixdə ədəbiyyatşünas və ədəbi tərcüməçi, RSFSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in sabiq direktoru Azər Mustafazadə 83 yaşında Bakıda vəfat edib.
- 3 yanvar 2023-cü il tarixdə Salxab Məmmədov 80 illik yubileyi münasibəti ilə və Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
- 2 yanvar 2023-cü-cü il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
- 28 dekabr 2022-ci il tarixdə Habil Xəlilov Şəki Xan məscidinin imam müavini təyin olunub. O, ərəbdilli epiqrafik abidələrin oxunması işi üzrə mütəxəssisdir və AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşıdır. Yeni təyinatına qədər isə həm də Şəkidəki Omər əfəndi məscidinin imam müavini idi.
- 28 dekabr 2022-ci il tarixdə pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Əsabəli Quliyev 83 yaşında Bakıda vəfat edib. Sabahı gün Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.