Ana səhifə
♦ Anadan olanlar (2) ♦ Vəfat edənlər (0)
2 oktyabr
- Texnika elmləri namizədi, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Afaq İbadzadə 2 oktyabr 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Afaq İbadzadə.
Aslan Rüstəmov
Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir. Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – Mahmud və Teymur Rüstəmovların isə atasıdır. 23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.
- 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.
- 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
- Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifədə işləyir.
- 16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları – FİDE Ustası (FM) Süleyman Süleymanlı və İslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.
- 25 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Hüseynəliyev III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, Vətən müharibəsi iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Kəlbəcər döyüşlərində yaralanmışdır.
- 22 iyun 2023-cü il tarixdə, Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitab Bakıda “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub. Kitab Umummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilmişdir.
- 10 may 2023-cü-cü il tarixdə tanınmış pedaqoq, SSRİ maarif əlaçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi Fikrət Əsgərov 82 yaşında, Şəkidə vəfat edib. O, 34 il Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat fənnindən dərs demişdir.
- 8 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi keçirdiyi respublika fənn olimpiadalarının nəticələrini açıqlayıb. Qaliblərin arasında Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Rasim Abbaszadə də var. O, aşağı (8-9-cu sinif) yaş qrupunda biologiya fənni üzrə Qızıl medal alıb.
- 2 may 2023-cü il tarixdə, şahmat üzrə FİDE reytinqi 2300-dən yüksək olan şahmatçılar arasında hər çərşənbə axşamı təşkil olunan “Titled Tuesday” adlı turnirdə qrossmeyster Aydın Süleymanlı ikinci qrupda mübarizə aparıb və 9,5 xalla 2-ci yeri tutub.
- 12 – 22 aprel 2023-ci il tarixləri arasında Yunanıstanın Rodos şəhərində keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında FİDE Ustası (FM) Süleyman Süleymanlı Gümüş medal qazanıb (U17 yaş kateqoriyası, oğlanlar arasında).