Hüseyn Rəsulov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Hüseyn Rəsulov
Rəsulov Hüseyn Bəxtiyar oğlu
Hüseyn Rəsulov
Hüseyn Rəsulov.
Doğum tarixi 23 yanvar 1923(1923-01-23)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 28 aprel 1991 (68 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ
Təhsili

 • Nuxa Pedaqoji Məktəbi (–1941)

 • Nuxa Dövlət Müəllimlər İnstitutu (1943–1945)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1965
I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1987

Hüseyn Rəsulov (1923–1991) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi. Uzun müddət əvvəl Şəki şəhər 10 №-li orta məktəbinin direktoru vəzifəsində çalışmış, sonra isə uzun müddət Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olmuşdur. Həmçinin, ədəbi yaradıcılıqla da məşğul idi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

23 yanvar 1923-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1941-ci ildə Nuxa Pedaqoji Məktəbini bitirib.

1941-ci ilin sentyabr ayından 1942-ci ilin fevral ayına qədər Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbində,

1943 — 1945-ci illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

5 avqust 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılıb.

1942-ci ilin fevral ayında kiçik leytenant rütbəsi alıb (Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbinini bitirdiyinə görə).

8 mart 1942-ci il tarixdə SSRİ Silahlı Qüvvələrinə xidmətə götürülüb[1].

1942-ci ilin mart ayından dekabr ayına kimi 416-cı Azərbaycan diviziyasında bölük və vzvod komandiri olub.

1942-ci ilin dekabr ayında əlindən yaralandığına görə ordudan tərxis edilib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1941-ci ildə bir neçə ay Nuxa rayonunun Aşağı Göynük kəndində müəllim,

1945 – 1946-cı illərdə Nuxa şəhər 6 №-li orta məktəbində müəllim və dərs hissə müdiri işləyib.

1946 – 1974-cü illərdə Nuxa/Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində işləyib; o cümlədən, əvvəl ibtidai siniflər üzrə tədris hissə müdiri,

1950-ci ildən direktor,

1959-cu ildən Nuxa şəhər soveti sədrinin müavini,

1974-cü ilin mart ayından 1974-cü ilin sentyabr ayınadək Şəki şəhər Xalq Maarif şöbəsinin,

1974-cü ilin sentyabr ayından 1986-ci ilədək Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olub.

Daha sonra Şəki şəhər Xalq Maarif şöbəsində metodist vəzifəsində çalışıb.

Ədəbi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1950-ci illərin əvvəllərində ədəbi yaradıcılığa başlayıb. Yaradıcılığında əsas yeri epik əsərlər tutub. Əsərlərini respublika və yerli mətbuatda “Hüseyn Rəsullu” imzası ilə çap etdirib.

1957-ci ildə “Günəş” pyesi Kirovabad Dram Teatrında,

1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Lütfəli Həsənovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında tamaşaya qoyulub.

İctimai aktivliyi[Vizual redaktə | HTML redaktə]

1957-ci, 1959-cu1961-ci illərdə altıncı, yeddinci və səkkizinci çağırış Nuxa şəhər sovetinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

28 aprel 1991-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib.

İstinadlar və qeydlər[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Расупов Гусейн Бахтыр-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  2. Расулов Гусейн Бахтияр-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  3. Mete Ə. Rəsulov Hüseyn Bəxtiyar oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 122. — 500 nüsx.
  4. Şükürov R., Orsər R. Rəsulov Hüseyn Bəxtiyar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 196-197. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  5. Orsər R. Hüseyn Rəsulov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 265-268. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  6. Adışirinov K.F. (kitaba keçid) // Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2020. — Səhifələrin sayı:  353. — Səh.: 43. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]