Həsən ağa (?–1748) — Şəki xanzadəsi, Şəki xanlarından Hacı Çələbi xanın oğlu və Məhəmmədhüseyn xanın atası.

Həsən ağa
Şəki xanları və xanzadələri.jpg
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür.
Şəki xanzadəsi
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi 1748
Vəfat yeri Ərəş
Dini islam
Anası Hacı Çələbi xan
Uşağı Məhəmmədhüseyn xan

Haqqında məlumatlar

1746-cı ildə atası Hacı Çələbi tərəfindən Nadir şahın yanına göndərilmişdir. Molla Məhəmməd əl-Cariyə görə o, Nadir şahın yanına atası Hacı Çələbi ilə şah arasında barışığa nail olmaq üçün[1], Hacı Seyid Əbdülhəmidə görə isə Nadir şahın adamlarının Nuxadan apardıqları əsir və qarət mallarını geri almaq üçün[2] getmişdi. Molla Məhəmməd əl-Carinin və Hacı Seyid Əbdülhəmidin əsərlərində təsadüf edilən bu məlumatları nə təkzib etmək mümkündür, nə də təsdiq. Çünki ortada həmin məlumatları təkzib, yaxud təsdiq edəcək bir şey yoxdur. Təsdiqlənməsi mümkün olan isə yalnız budur ki, Şəki mahalının kəndxudaları və rəiyyəti Şəki məliyi Məlik Cəfərin yerinə Hacı Çələbinin oğlu Həsənin məlik təyin edilməsi üçün Nadir şaha nə vaxtsa kollektiv ərizə ilə müraciət etmiş, Nadir şahın hicri 1159-cu ilin ramazan ayı (sentyabr/oktyabr 1746) tarixli fərmanı ilə isə həmin xahiş rədd edilmişdir[3]. Və elə həmin hicri ilində də Şəki camaatı Hacı Çələbini xan seçmişdir[4]. Amma bu hadisənin Nadir şahın fərmanından əvvəl, yaxud sonra baş verdiyi bilinmir.

Vəfatı

20 iyun 1747-ci il tarixdə Xorasanda Nadir şaha qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində o, öldürüldü. Bundan sonra İranda şahlıq iddiasında olan Əmiraslan xan 1748-ci ildə böyük qoşunla Ərəşə gəldi. O, Hacı Çələbini Şəki xanı kimi tanısa da, oğlu Həsən ağa onun döyüşçüləri tərəfindən qətlə yetirildi. Bu hadisəni Molla Məhəmməd əl-Cari belə təsvir edir:

  Əmiraslan xan Bərdədən Ərəşə gəlir. Ərəşin əhalisi qaçır. Ordu onların dalınca düşərək çoxlarını öldürür, əsir tutur, qarət edir. Hacı Çələbinin oğlu (Həsən ağa) onların məkrindən qorxaraq yüz nəfər şəkili ilə pusquda durmuşdu. Onlar qızılbaş qoşununun bir dəstəsi ilə üzləşərək vuruşurlar. Qızılbaşlar başqa dəstələrinin yanına qaçırlar və (daha çox adamla) qayıdaraq onu və dəstəsindən qırx nəfər gənci öldürürlər. Əmiraslan xan onun (Həsən ağanın) öldürüldüyünü eşitdikdə çox heyfsilənir, onun rəngbərəng xətlərlə kəfənlənmiş, qızıl və gümüş mələfələnmiş başını təəsüfləndiyini ifadə edən məktubla birlikdə atasına göndərir və başqa oğlunu öz yanına tələb edir[5].  

Ailəsi

1760-cı ildə qazıqumuxlu Məhəmməd xan Nuxanı tutarkən Həsən ağanın dul qalmış arvadını qardaşı Murtazəlinin oğlu Əli bəyə ərə vermişdir[6]. Çox güman ki bu qadın Məhəmməd xanın qohumlarından biri idi.

Həsən ağanın oğlu Məhəmmədhüseyn xan isə 1760 – 1780-cı illərdə Şəki xanı olmuşdur.

İstinadlar

Ədəbiyyat

  1. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 27-28.
  2. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 46-47. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 58. — ISBN 5-86974-384-9.
  3. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 135-139. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
  4. Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2012. — II  cild. — Səh.: 27, 381 – 380.