Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmmədəmin Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:32, 17 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədemin Əsgərzadə
Əskərzadə Məmmədemin Əskər oğlu
Məmmədemin Əsgərzadə
Məmmədemin Əsgərzadə.
Doğum tarixi 15 may 1919(1919-05-15)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 2009(2009-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Uşağı Məlahət Əskərzadə
Hərbi fəaliyyəti
Rütbə Подполковник Медицинской службы Красной Армии
podpolkovnik
Təltifləri "Döyüş xidmətlərinə görə" medalı — 1943"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1945"Qırmızı Ulduz" ordeni — 1945"Qırmızı Ulduz" ordeni — 1945SU Medal For the Liberation of Belgrade ribbon.svg“Vyananın alınmasına görə” medalı — 1945“Budapeştin alınmasına görə” medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1953II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Məmədəmin Əsgərzadə (1919–2009) — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet Ordusunun tibb xidməti podpolkovniki (polkovnik-leytenant).

Haqqında məlumatlar

15 may 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1933-cü ildə – 14 yaşı olarkən, Bakıda işləyən böyük qardaşı Saleh Əsgərzadənin yanına gedib.

Təhsili

Azərbaycan Tibb İnstitutunu bitirib.

Əmək və hərbçi fəaliyyəti

“Qızıl Şərq” hərbi şəhərciyi (Salyan kazarması); birinci sırada sağdan birinci kapitan Abbasəli Əliyev, ikinci sırada sağdan birinci podpolkovnik Məmmədəmin Əsgərzadə...

6 noyabr 1942-ci il tarixdə Sovet Ordusunda hərbçi-həkim kimi xidmətə başlayıb. Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olub. Qafqazdan Belqradadək döyüş yolu keçib.

30 aprel 1971-ci il tarixdə tibb xidməti podpolkovniki (polkovnik-leytenant) hərbi rütbəsi ilə Sovet Ordusundan tərxis olunub.

Digər

Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziya sonralar Belqrad şəhərinin azad edilməsi şərəfinə «223-cü “Qızıl Bayraq”lı Belqrad atıcı diviziyası» adlandırılıb. Diviziyanın polk komandirlərindən biri – Baxış Mehdiyev, 1983-cü ildə rusca çap olunmuş «223-cü Belqrad “Qızıl Bayraq”lısı» adlı kitabında Məmmədemin Əsgərzadə haqqında təəssüratlarını belə bölüşüb:

" Qarın nahiyəsinin yaralanması çöl cərrahiyyəsi üçün çox ağır hadisədir. Əgər yaralanandan 1-2 saat sonra cərrahiyyə əməliyyatı keçirmək mümkün olarsa da belə yaradan sağ qalmaq çox nadir halda mümkün olurdu. Cərrah Əsgərzadə əllərini yuyub əlcəklərini taxınca tibb bacıları yaralını soyundurub əməliyyata hazırlayırdılar. ...Emin Əsgərzadə əməliyyat masasına yaxınlaşır. Efir damcıları masanın üzərinə tökülür, yaralının nəfəsi getdikcə sakitləşir. Cərrahın lanseti qarın nahiyəsinin içinə daxil olur, dərini kəsir, sonra piy qatını götürür. Tibb bacısı dayanmadan pambıq tomponlarıyla axan qanı yığır. Əsgərzadənin sifətindəki əzələlər gərginləşir.

- Efir əlavə edin! Əsgərzadə Emin ehtiyatla sanki xırda qırma ilə doğranmış bağırsaqları aralayır.

- Güllə yan tərəfdən dəyib, bütün bağırsaqlar yaralanıb – cərrahın alnında yaranmış qırışlar tər damcılarıyla örtülür.

Tibb bacıları həyəcan və ümidlə cərrahın hərəkətlərini izləyirlər. Onlar ümid etmək istəyirlər ki cərrahın qızıl əlləri bu dəfə də qalib gələcəklər. Axı neçə dəfə möcüzə baş vermişdi! Neçə dəfələr bu əllər sönən həyat işığını ölümün cəbhəsindən qopara bilmişdi! Bu cərrah barədə “möcüzə yaradan” insan kimi danışırdılar. Gənc həkimlər onun yanında assistent olmağı özlərinə şərəf hesab edirdilər, yaşlı həkimlər isə onun xüsusi, qeyri-adi bəxtəvərliyə malik olduğunu deyirdilər.

Əsgərzadə bir qədər qapalı adam idi, çox danışmaqla arası yox idi. Ancaq əməliyyat ərəfəsində onun sakit inadkarlığı, müayinə zamanı əllərinin xəstəyə toxunma tərzi, yaralanma şəraitinə dair verdiyi suallar yaralı döyüşçülərə sakitləşdirici təsir edir, sağ qalacaqlarına onlarda inam yaradırdı. Onlar hətta - “bu həkim səninlə bir qədər danışan kimi elə bil yüngülləşirsən, - deyə döyüşçülər Emin Əsgərzadə barəsində söyləyirdilər.

"

Təltif və mükafatları

Vəfatı

2009-cu ildə – 91 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Mövsüm Salamov bacı-qardaşları ilə birlikdə (Birinci sırada soldan: Saleh Əsgərzadə, Səidə Salamova, Vahid Salamov; ikinci sırada sağdan: Qurbanəli Salamov, Mövsüm Salamov, Məmmədəmin Əsgərzadə)

.

  • Atası: Əsgər Salamov, dəmirçi.
  • Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
  • Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
  • Qızı: Məlahət Əskərzadə – həkim-kardioloq.

Ədəbiyyat

  1. Аскер-Заде Мамедэмин Аскер-оглы : [arx. 17.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.07.2021.
  2. Əsgərzadə F. Bizim nəsil : [arx. 14.07.2021] : [azərb.] // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 14.07.2021.

Şablon:Yaxşı məqalə