"Məmməd Rəşidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|Piktoqram = yazar | |Piktoqram = yazar | ||
|Orijinal adı = ''Rəşidov Məmməd İsmayıl oğlu'' | |Orijinal adı = ''Rəşidov Məmməd İsmayıl oğlu'' | ||
− | |Şəkil = Məmməd | + | |Şəkil = Məmməd Rəşidov2.jpg |
− | |Şəkil məlumat = Məmməd Rəşidov | + | |Şəkil məlumat = Məmməd Rəşidov. |
|Doğum tarixi = {{doğum tarixi|1916|1|27}} | |Doğum tarixi = {{doğum tarixi|1916|1|27}} | ||
− | |Doğum yeri = [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{RUSEMP}} | + | |Doğum yeri = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{RUSEMP}} |
|Vəfatı = {{Vəfat tarixi və yaşı|1988|12|29|1916|1|27}} | |Vəfatı = {{Vəfat tarixi və yaşı|1988|12|29|1916|1|27}} | ||
|Vəfat yeri = Bakı, Azərbaycan SSR, SSRİ | |Vəfat yeri = Bakı, Azərbaycan SSR, SSRİ | ||
|Vətəndaşlıq = {{SSRİ}} | |Vətəndaşlıq = {{SSRİ}} | ||
|Təhsili = | |Təhsili = | ||
− | Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (–1937) | + | {{*}}Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (–1937) |
− | [[Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası]] (Moskva, 1949–1952) | + | {{*}}[[Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası]] (Moskva, 1949–1952) |
|Elm sahəsi = | |Elm sahəsi = | ||
− | |İş yeri = Azərbaycan Pedaqoji İnstitutu | + | |İş yeri = V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu |
|Elmi dərəcəsi = | |Elmi dərəcəsi = | ||
|Elmi vəzifəsi = dosent | |Elmi vəzifəsi = dosent | ||
Sətir 30: | Sətir 30: | ||
==Haqqında məlumatlar == | ==Haqqında məlumatlar == | ||
− | 27 yanvar 1916-cı il tarixdə Nuxada anadan olub. | + | 27 yanvar 1916-cı il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
23:19, 12 noyabr 2021 versiyası
Məmməd Rəşidov | |
---|---|
Rəşidov Məmməd İsmayıl oğlu | |
Məmməd Rəşidov. | |
Doğum tarixi | 27 yanvar 1916 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 29 dekabr 1988 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
İş yeri | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu |
Elmi adı | dosent |
Təhsili |
• Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (–1937) • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (Moskva, 1949–1952) |
Həyat yoldaşları | Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921–19 mart 2003) |
Uşaqları |
Rəna Rəşidova, Rəşad Rəşidov, Şəmsa Rəşidova, Namiq Rəşidov, Mübariz Rəşidov, Səadət Zeynalova, Afaq Rəşidova, Azər Rəşidov |
Mükafatları |
Məmməd Rəşidov (1916–1988) — tanınmış pedaqoq, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının dosenti.
Haqqında məlumatlar
27 yanvar 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.
1937-ci ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.
1946 – 1949-cu illərdə Bakıda aspiranturada oxusa da, 1949-cu ildə aspirant təhsili verən daha nüfuzlu təhsil müəssisəsinə qəbul olunduğuna görə Bakıdakı aspirant təhsilini yarımçıq buraxıb.
1949 – 1952-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında (Moskva) təhsil alıb.
Hərbi xidmətdə
1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.
1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini,
1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində sovet ədəbiyyatı şöbəsinin müdiri olub.
1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasında baş müəllim,
1973 – 1988-ci illərdə isə elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.
İctimai-siyasi aktivliyi
1967 – 1974-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının ilk partiya təşkilatının sədri olub.
Təltif və mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni;
- I dərəcəli “Vətən Müharibəsi” ordeni;
- “İgidliyə görə" medalı;
- “Azərbaycan maarif əlaçısı” döş nişanı;
- “Əmək veteranı” medalı.
Vəfatı
29 dekabr 1988-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rəşidov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 465-467. — 1.000 nüsx.
- Məmməd Rəşidov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 133-134. — ISBN 978-9952-8176-4-5.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1916-cı ildə doğulanlar
- 27 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 29 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə